Zəngilan polisinin şərəfli xidmət yolu
Hələ 1988 ci ildə Azərbaycanımızın Dağlıq Qarabağ bölgəsində mənfur erməni millətçilərinin başlatdığı anti Azərbaycan mitinqləri getdikcə geniş vüsət almışdı.
SSRİ rəhbərliyinin dəstəyi ilə o vaxtkı Azərbaycan SSR vətəndaşları olan olan ermənilər Dağlıq Qarabağın müstəqilliyini tələb edir, ərazidə yaşayan Azərbaycanlılara zülm edirdilər. Ermənistandan Azərbaycanlılar vəhşicəsinə döyülərək öz dədə baba yurdlarından qovulurdu.
Nəhayət 1991 ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi və Azərbaycan öz müstəqil Daxili İşlər Nazirliyini yaratdı. Azərbaycanın ilk Daxili işlər naziri general mayov Məhəmməd Əsədov təyin olundu.
Nankor qunşumuz Ermənistan yeni müstəqillik qazanmış Azərbaycan respublikasına qarşı torpaq idiaları ilə sərhədlərimizdə təxribatlar törədir, sərhəd kəndlərimizə hücumlar edərək dinc əhalini qətl edirdilər. Müstəqil dövlətimizin sərhədlərini qorumaq çətinləşirdi, ordu demək olar ki yenidən qurulduğu üçün vəziyyət ağır idi .Vəziyyətin getdikcə ağırlaşdığını görən Daxili İşlər Naziri General Məhəmməd Əsədov ermənistanla sərhəd kəndlərdə yaşayan gəncləri polis orqanlarına qəbul edilmib sərhədlərin qorunmasını yeni yaranan polis işçilərinə tapşırılması barədə göstəriş verdi.
Yeni yaranan polis bğlmələrinə gənclərin axını başladı və ilk olaraq yerlərdə sərhədlərimizi qorumağa başladılar.
Belə bölmələrdən Zəngilan rayonunda da yaradılmışdı və sərhədlərimizi cəsarətlə qoruyurdu.
Bildiyimiz kimi Zəngilan Rayon Polis Şöbəsinin şəxsi heyəti Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, rayonun Ermənistanla həmsərhəd kəndlərinin müdafiəsi uğrunda gedən hərbi əməliyyatlarda və döyüşlərdə yaxından iştirak etmişdir. 1993 cü ilin aprel ayının 10 da Kilsə Əməliyyatında yaxından iştirak etmiş, sıralarında Şəhid və yaralılar olmuşdur. Nəhayət 1993 cü il oktyabr ayının sonlarında 2 ay mühasirədə qalan Zəngilan rayon güclü hücuma məruz qalmışdı. 25 oktyabr 1993 cü ildə Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətindən hücuma keçən erməni ordusunun qarşısını alarkən döyüşlərdə iştirak edən 7 polis əməkdaşı qəhrəmancasına döyüşərək şəhid olmuş, onlarla polis əməkdaşı yaralanmışdır. Rayon işğal edildikdən sonra Füzuli rayonunun işğal edilmiş kəndlərinin, Horadiz qəsəbəsinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə Zəngilan rayon Polis Şöbəsinin şəxsi heyəti yaxından iştirak etmiş və qəhrəmanlıqlar göstərmişdir.
Rayonun işğalından sonra Zəngilan polisi Füzuli rayonunda yerləşmiş, öz xidmətini səngərdə davam etmişdir.
Rayonun müdafiəsi və Füzuli rayonunun işğal edilmiş kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəxsi heyətin 19 nəfəri şəhid olmuş, 25 nəfəri əlil, 40 nəfəri isə yaralanmışdır. Hazırda 110 nəfəri Müharibə Veteranıdır.
44 günlük Vətən Müharibəsi (II Qarabağ Müharibəsi) başlanan zaman Zəngilan Rayon Polis Şöbəsinin Veteranları Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Möhtərəm Ali Baş Komandan İlham Əliyev Cənablarına müraciət edərək işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməyimizi xahiş etmişd
Hal-hazırda Zəngilan Rayon Polis Şöbəsinin şəxsi heyəti polis-polkovniki cənab Bəkir Cabbarovun rəhbərliyi altında işğaldan azad edilmiş Zəngilan rayonunda xidməti vəzifələrini layiqincə yerinə yetirirlər və ərazilərimizin qorunmasında və geri qayıdan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında yüksək səviyyədə xidmət aparırlar.
Zəngilana səfər edən hər bir vətəndaş rayon polis şöbəsinin əməkdaşlarının onlarla necə mehriban, qayğıkeş davrandığının şahidi olurlar.
Şəxsən Zəngilan rayon polis şöbəsinin rəisi polis polkovniki Bəkir Cabbarov başda olmaqla Zəngilanda xidmət aparan bütün polis əməkdaşlarının, istər zabit heyəti istər polis nəfəri hər birinə vətəndaşlarımıza görsətdikləri diqqət və qayğıya görə təşəkkürümü bildirirəm.
Bu gün də Zəngilan rayon İcra Hakimiyyəti və Zəngilqn rayon Polis şöbəsinin birgə təşkil etdikləri tədbirdə iştirak edtiyimiz üçün dəvətə görə təşəkkür edirik.
Tədbirin sonunda AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri adında süvenir hədiyyəni Zəngilan rayon polis şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarova təqdim edərək öz şərəfli peşələrində uğurlar arzuladım.
Hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyinin Zəngilan Rayon şöbəsinin sədri Azad Musayev
.jpg)
.jpg)
