19.04.2024

ARAŞDIRMA: ERMƏNİSTAN ORDUSUNDA BAŞ VERMİŞ ZORAKILIQLAR

Qarabağın “elit” hərbi hissəsi, yüksək vəzifəli məmurların övladları və müəmmalı “intihar” hadisələri. Diqqətçəkən detallar. 

 Son günlərdə Qarabağda yerləşən Ermənistan MN-nə aid hərbi hissələrdə baş vermiş əsgərlərin “intihar” hadisələrini araşdırmaq məqsədilə bir qrup tanınmış jurnalistlər xüsusi ekskluziv məlumatlar toplamaq üçün Qarabağa yola düşmüşlər. Onlar öncə yanvarın 30-da hərbi xidmətçi Vahram Avakyanın “intihar” xəbəri yayılan və ölkədə daha çox əks-səda yaradan Xankəndi yaxınlığında hərbi hissəyə baş çəkdilər. Məlumata görə bu məşhur hərbi hissədə bir sıra yüksək vəzifəli məmurların və generalların övladları xidmət edirdilər. Beləliklə də jurnalistlər bu hərbi hissədə baş verən çoxlu maraqlı və acınacaqlı hadisələri təfərrüatı ilə öyrənməyə nail olublar. 

 “Varlıların uşaqlarını göndərirlər bu hərbi hissəyə desinlər ki, guya onlar Qarabağda xidmət edirlər, lakin onlar heç döyüş mövqelərinə də getmirlər”. Bu sözlərideyən hərbi hissənin vəzifəlilərindən biri məlum səbəblərə görə onun adının da gizlı saxlanmasını xahioş edir. Həmin şəxsin dediyinə görə, hərbi hissədə hərbçilərə qarşı xüsusi təzyiqlər göstərən bir “klan” yaranıb. 

Aşağıdakı şəkildə hərbi hissədə adı çəkilən ən təhlükəli əsgər Arayik Sarkisyandır. O, yeni təmir olunmuş hərbi hissənin 4-cü diviziyasında hərbçilərdən qanunsuz məbləğ toplamaqla məşğul olan qrupun rəhbəridir. Arayik hər ayın maaş günündə şəxsi heyətdən məbləğ toplamaqla məşğul olub. Əsgərlər də lazımsız problemlərdən qaçmaq üçün lazımı məbləği toplayıb ona veriblər.    

Məlumatı verən mənbə qrup üzvləırinin “güzəştli” hərbçilərin yeni formalarını əllərindən alıb hərbi hissənin daxilində satmaq yolu ilə də pul qazandıqlarını bildirdi. Yanvarın 30-da Vahram Avakyanın ölümü barədə danışan mənbə bildirib ki, “Onun intihar və ya qətlə yetirildiyini bilmir, lakin konkret günahkar Arayik Sarkisyandır. Odur ki, hər işin içində onun əli var. Buna görə də hərbi hissədə özbaşınalıq hökm sürür. Zabıtlər də ona heç nə edə bilmirlər və hər hansı tədbir görməkdən də, təhqir olunmaqdan da  qorxurlar.  

Yuxarıdakı şəlildə cinayətkar qpupun üzvləri: Qırmızı ox ilə işarə olunmuş, MTX rəsmisinin oğlu Hakop Sahakyan, mavi ox ilə — Arayik Sarkisyan (başçı), Sarı ox ilə- Ordu generalı Karen Abrahamyanın oğludur. Yaşıl ox ilə işarələnmiş isə Qarabağ müharibəsi zamanı dinc sakinlərimizə olmazın işgəncələr verən, onlara qarşı qeyri insani hərəkətləri ilə tanınan “Şmays” ləqəbli erməni cəlladı Aragel Movsisyanın oğludur. 

Qeyd edək ki, bir neçə ay əvvəl eyni hərbi hissədə Ermənistan Silahlı Qüvvələrinin zabiti Arayik Tsaturyan da eyni motiv üzrə güya ki, “intihar” etmişdi. Əldə olunan məlumata görə A. Tsaturyan hərbi nəqliyyat vasitələrindən dizel yanacağı oğurlanmasını aşkarladığına və bu barədə məlumat yayacağını bildirdiyinə görə qrup üzvləri tərəfindən məhv edilmişdir. Mətbuatda və rəsmi mənbələrdə isə onun “intihar“ etdiyi bildirilmişdi.  

Qrup üzvləri “qrad” maşınlarının benzin çənini boşaldıb yerinə su dolduran məşhur zabit Artur Hambaryanın otağına tez-tez toplaşaraq bütün gələcək planlarını burada müzakirə edirlər.  

Yuxarıdakı şəkildə, Milli Təhlükəsizlik Xidmətinin Baş Kəşfiyyat idarəsininrəisi Yesayi Mkrtçyanın oğlu Ruben Mkrtçyan (soldan birinci), keçmiş deputat, Şmays ləqəbli Arakel Movsisyanın oğlu Davit Movsisyan (soldan ikinci. O, artıq ölən əsgərin işi ilə əlaqədar həbs olunub.) Diviziyanın söz sahibi, Arayik Sarkisyan (soldan üçüncü), Vaç Hayrapetyan (soldan dördüncü.) və Xaçik Kasparyan (soldan beşinci, eyni iş ilə əlaqədar həbs olunub.) 

Maraqlidır ki, bu qədər yüksək vəzifəli məmurların övladları eyni hərbi hissədə qulluq etməyə necə cəlb olunmuşlar? Yəqin ki, rəsmi orqanlar bunun bir “təsadüf” olduğunu bəyan edəcəklər, lakin bu bir faktdır ki, ermənilər özləri də  öz silahlı qüvvələrini bizim qarşımızda nizamlaya bilmədiklərini etiraf edirlər. Onlar erməni ordusunda əvvəlki ciddi problemlərin eyni ilə mövcud olduğunu dbidirirlər. 

İSMAYIL TANRIVERDİ.  

BDU, Erməni araşdırmaları Elmi Tədqiqat  

və Tədris Mərkəzinin Böyük elmi işçisi 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: