19.03.2024

Hamımız Mübarizik!

Sosial şəbəkədə ağzını Allah yoluna qoyan psxioloq yox, «psixi-LOX» Nərmin Şahmarzdə adlı birinin sərsəmləmələri Qarabağ uğrunda döyüşmüş insanların haqı etirazlarına tuş gəlib.

Məsələ ilə bağlı AVMVİB rəhbərliyində təmsil olunan şəxslərin münasibətini öyrəndik.

AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, hər bir millətin mənəvi tabuları var və bu tabulara toxunmaq olmaz. Mübariz İbrahimov da bu tabulardan biridir. O, tək başına Vətənimizi işğalda saxlayan bir düşmən batalyonunu yox edib. Bircə faktı xatırlatmaq lazımdır ki, M. İbrahimovun hücüm etdiyi hərbi hissə ləğv edilib. Amma bu gün özünü kosmopolit hesab edən və sosial şəbəkədə ermənilərlə eşqbazlıq edən bu adamın qanuni şəkildə cəzası verilməlidir. Xocalı daxil olmaqla, azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törədən, günahsız qız-gəlini, uşaq və qocanı olmazın işgəncələrlə qətlə yetirən, torpaqlarımızı işğalda saxlayan, son yüz ildə 1,5 milyondan çox azərbaycanlını yurdundan qovub, 600-ə yaxın türk-müsəlman kəndini yer üzündən silən, minlərlə yaşayış məntəqəmizi xarabazara çevirən ermənilərin davam edən vəhşiliklərinə dözməyən Mübariz İbrahimova erməniyə sevgi ifraz edən gənc bir azərbaycanlı xanımın neqativ münasibəti qəbul edilməzdir. Bu artıq kosmopolitlik deyil, aşkar düşmənə «ayı xidməti» göstərməkdir. Bu qədər təsadüf olmaz. Aidiyyatlı orqanlar hara baxırlar? Ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İ. Əliyev çox gözəl deyib: «Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun!»
AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, bu gündən bütün vətənpərvər insanlarımıza müraciət edirəm: «Hər kəs, istər sosial şəbəkədə, istərsə də öz iş yerində qeyd etsinlər ki, «HAMIMIZ MÜBARİZİK!»


AVMVİB sədrinin I müavini Kamil Şirinov

AVMVİB sədrinin I müavini Kamil Şirinov N. Şahmarzadənin bu həyasızlığını erməni həyasızlığı ilə müqayisə edərək dedi: «Bu psixi qüsurlu qızın etdiyi müraciəti torpaqlarımızı işğal edən quldur dəstələrini təmizləmək əməliyyatı zamanı Aprel döyüşlərində saldıqları hay-küyə bənzəyir. Sanki erməni əsgəri bizim torpaqlara göbələk, yaxud da gül çiçək yığmağa gəlib. Bu adama Aərbaycanın çörəyi haram olsun. Təklif edirəm ki, qanun çərçivəsində bu adamlar cəzalandırılsın. Milli dəyərlərlə, dövlət rəmzlərimizlə, dövlət başçısının şəxsiyyətinə yönələn sözlərlə və s. bizim ölkənin imicinə ciddi zərbələr vurulur. Bu neqativ halları doğuran səbəbləri aradan qaldırmağın tək yolu belələrinin ciddi surətdə cəzalandırılmasıdır. Şəhid abidələrinə saldırılar var. Şəhidlər Xiyabanında foks göstərənlər var. Şəhid analarını incidənlər var. Bu adamlar aşkar edilib üzə çıxarılmalı və mühakimə edilməlidirlər. Qalan bu boşboğazlar isə ucuz reklamın başqa yolunu tapsınlar. Bir dəfə başını qırxan Nərmin kimiləri ayrı şeylərlə daha tez məşhurlaşarlar».

AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdürəhmanov

AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdürəhmanov məsələyə münasibət bildirərək dedi: «Nərmin Şahmarzadə Mübariz İbrahimovu «cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”. Bu sözləri deyən birisi azərbaycanlı ola bilməz. Qanı erməni qanı olsa belə, Xocalı qətliamını törədən bir quldur rejiminin qulu olan erməni haqqında bu sözü deyə bilməz. Bu xanımı qınayırıq və onu böyüdən valideynlərə «ar olsun!-deyirik. Qanunu və milli heysiyyəti bir kənara qoyub bu ədəbsizin valideynlərindən soruşmaq istəyirəm: «Heçmi sizlərdə qeyrət, namus hissi yoxdur?»

Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: