AVMVİB Xəzər rayon şöbəsi tədbir keçirib

Bugün AVMVİB Xəzər rayon şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 50 illiyi münasibətilə anım mərasimi keçirildi.

Tədbirdə İsraildə fəaliyyət göstərən diasporumuz «Şahdağ» təşkilatının Jurnalistika İnformasiya Mərkəzinin sədri Namiq Qəribov, AVMVİB Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev, AVMVİB-nin sədrinin sosial məsələlər üzrə müşaviri Orxan Orucov və Qarabağ müharibə veteranları iştirak edirdilər.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Giriş sözü ilə çıxış edən Birliyin sədri Rasət Tağıyev amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından danışdı.Rasət Tağıyev qeyd etdi ki,döyüşlərdə iştirak edən yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.

Tədbirdə həmçinin Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışıldı. Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.

Sonda AVMVİB-nin Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranlarını Birliyin təsis etdiyi Xatirə medalları ilə təltif etdi. Həmçinin «Şahdağ» Jurnalistika və İnformasiya Mərkəzinin sədri AVMVİB-nin Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyevə «Şahdağ» nişanını təqdim etdi.

Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Qeyd edək ki, “Şah-Dağ” təşkilatı 1997-ci ildən İsraildə fəaliyyət göstərir. Təşkilatın sədri Qarabağ müharibəsinin veteranı, jurnalist Elxanan Razieldir.

AVMVİB Xəzər rayon şöbəsi

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •