I Katib Kamran Mamedoviçin Azərbaycan türkcəsinə olan münasibəti

1982-ci ilin sonu idi. İşlədiyim Elmlər Akadmeiysının illik hesabat iclasında mərhum akademik İmam Daşdəmir oğlu Mustafayevin çıxışına qədər hər şey kommunist iclası kimi sus-pus gedirdi. Növbə Genetika institutunun direktoruna çatanda, hər şey dəyişdi. 
MK-nın I katibi Kamran Bağırov da iclasda oturmuşdu. 
Mən və rəhmətlik dostum Xudu müəllim dairəvi zalın sağ tərəfində ən yuxarı cərgərlərdən birində çıxışa (qapıya) yaxın yerdə oturmuşduq. Ürəyimcə olmasa da, nədənsə bu yeri Xudu müəllim seçdı. Dedi:
— Elə bura yaxşıdır, gəl burda oturaq. Yuxarıdan hər şey yaxşı görünür. 
Zal ağzına kimi dolu idi. İclas başlanandan sona qədər rus dilində getdi. Bu ənənəni təkcə Mustafayev pozdu. Zalda bayaqdan hökm sürən dil diapazonunun pozulmasına katib qulaqların şəklədi. Şəkləsə də, bir söz deyə bilmədi. 
Çıxışının sonunda, Daşdəmiroğlu institutda deyəsən yerin darısqallığından və Akademiyanın Rəyasət heyətinin Biologiya şöbəsi katibliyindən bostanlarına atılan qara daşlardan və instituta göndərilən saysız-hesabsız yoxlama komissiyalarından gileyləndi katibə və sonda ona müraciətlə:
— Yoldaş katib, çox xahiş edirəm bu cür böhtan tərkibli hücumlara deyin son qoysunlar. İmkan vermirlər adam gözün açsın, komissiyanı komissiya dalınca göndərirlər.

I KATİB KAMRAN MAMEDOVİÇİN AZƏRBAYCAN TÜRKCƏSİNƏ OLAN MÜNASİƏTİ

Hamı bilirdi ki, bu boyda kişiyə kim şər və böhtan ata bilər. Yoxlama komissiyaları göndərə bilər. Katib də bu adama gücü çatmayacağından (Siyasi Büroda yaxın adamı vardı) mövzunu dəyişib, kütlədən və onun xofundan qorxduğundan Mustafayevə azərbaycanca da cavab verməyə məcbur oldu:
— Siz, dedi, institutda yerin sıxlığından şikayət edirsiz, odur oğlunuza institutun Qonaq evindən 3 otaqlı mənzil vermisiz. Qanunsuz-zadısz orda yaşayır. Kirayə pulun da vermir.
(Bu gün millət gördü ki, ona katib təyin edilmiş şişman şəxs öz ana dilini bilirmiş, sadəcə, vəzifə ehtirası və özünü qılaflama ona bu dildə danışmağı yasaq edibmiş).
Katibin «oğlunuz», «qonaq evi», «kirayə pulun da vermir» sözləri danışması həmişə çıxış və ya söhbət zamanı qalın dodaqları ağ şoranla örtülən qeyrətli akademiki agah saldı. Gördü ki, yox, komissiyaları göndərən qara əl, katibi də işləyib, düzəldib. 
Daşdəmiroğlu: 
— Oğlum elmlər doktorudur, ailəsi, uşaqları var, gedib kirayədə qalmamalıdır, heç ailə üçün elə bir yer də yoxdur. Dövlət ilk növbədə belə cavan kadrları mənzillə təmin etməyə borcludur. Amma etmir. O orada kefdən qalmır. Və hər növ kirayə borcunu vaxtlı-vaxtında da ödəyir. 
Bu səmtdə söhbət uzun çəkdi. Mübahisə apogeyinə çatanda, Kamran kosmopolitoviç gördü ki, Mustafayevin arxasın hec cür yerə vurmaq olmayacaq, onun məntiqli və cəsur cavablarına uduzur, odur ki, heç kəsin gözləmədiyi halda, kommunistlər üçün Mustafayevdə həmişə «zəif nöqtə» sayılan ƏSİL KİŞİLİK yerindən yapışdı: 
-Yaxşı bəsdirin? — dedi. Bu da o deyil ki, katib olanda, Azərbaycan dilinə dövlət dili statusu verdirmək istəyirdiz. Hələ Mirzə İbrahimovu da öyrədib tribunaya çıxartmışdız ki, o desin (Yəni onu zərbə altına vermək istəmişdiniz — T.A.).
İmam: 
— Bəli, burada heç bir qəbahət iş yox idi. Biz deyirdik ki, bu xalqın dili də ölkənin dövlət dili olmalıdır! Mirzə İbrahimovu da mən öyrətməmişdim, o özü ağıllı adam idi, öz qəlbinin çağrışı ilə də hərəkət edirdi. O zaman da demişəm, elə indi də deyirəm: AZƏRBAYCAN DİLİ BU ÖLKƏNİN DÖVLƏT DİLİ OLMALIDIR !!!

I KATİB KAMRAN MAMEDOVİÇİN AZƏRBAYCAN TÜRKCƏSİNƏ OLAN MÜNASİƏTİ

Mustafayevə məxsus qürürlu və comərd çıxış qurtaran an bütün zal partladı. Uzun sürən alqışlar bəlkə 2-3 dəqiqə çəkdi. Daşdəmiroğlunun sinəsi qabardı, gözləri yaşardı, adəti üzrə dodaqlarını bir neçə dəfə yaladı (belə halda, bu yaşda da ipə-sapa yatmayan, bəyaz-bəyaz cod qalın saçları ilə lap aslana bənzəyirdi tribunadakı akademik), xalqın dayağını almışdı. Kamran kosmoplityan uzun sürədə zala qəzəblə baxdı, hamını güllələmək istəyirdi bu an, amma kimi susdursun, kimi tutdursun? Aşıra bilmirdi. Kamranın arxası toz-torpaqlı quru yerdəydi. 
Çəpi və alqışlar qurtaran kimi, şaumyana qoşulub türkləri 1918-də məhv edən Məşədi Əzizbəyovun nəvəsi 8 ərə gedib çıxmış və sonda birinicisinə yenidən bir də ərə getmiş, ondan əlavə üzü üzlər görmüş akadəmik Rəyasət heyətindəki yerindən birdən atılıb cır səsi ilə urusca: 
— Не выдумывайте, вы даже в Конституцию ввели новую статью о том, что азербайджанский язык должен быть государственным языком. Этим всех ввели в заблуждение. (Özünüzdən şey çıxarmayın, siz hələ Konstitusiyaya maddə də salmışdınız ki, Azərbaycan dili dövlət dili olmalıdır. Bununla da hər kəsi çaşdırımışdınız) deyib, tez tualetə getmək bəhanəsiylə səhnənin sol küncündə dayanmış Lenininin heykəli altından sürüşüb zalı hövlnak tərk etdi. Daşdəmiroğlunun sərt cavabını alıb millət qarşısında pərt olmamaq üçün tualeti seçdı. 

I KATİB KAMRAN MAMEDOVİÇİN AZƏRBAYCAN TÜRKCƏSİNƏ OLAN MÜNASİƏTİ

İman müəllim əlini anun səhnədə qalmış qara soyuq kölgəsinə uzadıb, təəccüblə çiyinlərini çəkdi və mikrafona:
— Ihı, bu da bizim bu q… !- deyə bildi. Day dalısın gətirmədi. Gətirsəydi onun etik simvolunu da deməliydi ki, ancaq müdrik insan özünü güc-bəla ilə bundan saxladı. «Q…» səsində dayandı.
Onun yarımçıq qoyduğu fikri göydə qapan zal yenidən təlatümə gəldi. Bu dəfə tavanı da yerə darta biləcək çəpiklər 5 dəqiqə çəkdi.
Kamran … oviç tamam rüsvay olduğunu görüb qəzəbini içində boğdu və enli dalı ilə çoxdan tərlətdiyi kürüsüsünə çökməli oldu.

Türk dilinə belə düşmən münasibət bizim MK-dan enirdi, enib və nəinki dili, bu millətin özünü Kremlin göstərişi ilə məhv etmək istəyən vəzifəbaz zatı-qırıqlar çox idi, çoxdur millətin arasında.

Şəkillərdə: 
1. Akademik İmam Daşdəmir oğlu Mustafayev,
2. Kamran Mamedoviç Bağırov,
3. Püstəxanım Əzizbəyova
4. Püstənin babası Məşədi Əzizbəyovun Bakıda heykəli açılan gün. O da orada tribunada idi. Mən də qabaqda yerdə, bu dovşana qoyulan heykəlin ürəkdə ağrısın çəkib, yalan sistemə nifrət edən qara camaatın içində. O hələ rusca çıxış da edib həmişəki kimi kommunist partiyası liderlərini tərif budaqlarından asıb sərib qurutdu.
5. Akademiyanın Dairəvi zalı. Çərçivədə Xudu müəllimlə mənim oturduğumuz yer göstərilib.

Mənbə: Tariyel Vəli Nüvədili, Qəlb ağrıları, «Tariyel Vəli Ali» İnc., Sietl, 1997, 75 s., Azərbaycan türkcəsincə.

Yazıya aid digər fotolar

I KATİB KAMRAN MAMEDOVİÇİN AZƏRBAYCAN TÜRKCƏSİNƏ OLAN MÜNASİƏTİ
I KATİB KAMRAN MAMEDOVİÇİN AZƏRBAYCAN TÜRKCƏSİNƏ OLAN MÜNASİƏTİ

Müəllif: Dr. Prof. Tarıyel AZƏRTÜRK

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •