Hippokrat andına sadiq həkimlərimiz

17/01/2023-cü il tarixində AVMVİB Zəngilan rayon şöbəsinin bir qrup nmüayəndəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində müalicə alan II qrup müharibə əlilləri – Zakif Abbasov və Zülfü Həsənəliyevi ziyarət etmişlər. Gündəlik telefon danışıqlarımızda qazilərimiz mərkəzin personalının müharibə veteranları ilə çox həssas davrandıqlarını, onlara yüksək səviyyədə xidmət göstərildiyi qeyd oldunduğu üçün AVMVİB Zəngilan rayon şöbəsinin nümayəndələri öz növbəsində tibbi mərkəzdə həm qazilərimizi ziyarət etmək, həm də tibbi heyətlə tanış olmaq üçün mərkəzə yollanmışlar.

Görüş zamanı AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, üzvü Əvəz Alməmmədov, AVMVİB-in Fəxri üzvü, bəstəkar Fərahim Sadiq iştirak etmişlər. Tibb mərkəzi insanı özünə cəlb eləyən gülərüz personal, və səliqə səhman göz oxşadığı üçün bu nüansı qeyd etməyə bilməzdik. Bizi qarşılayan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin Mədəni kütləvi tədbir üzrə təşkilatçısı Günel Əsədova bizə mərkəzin fəaliyyəti haqqında geniş məlumat vermiş, daha sonra Mərkəzin Direktoru Şaban Eyvazov ilə görüşümüz baş tutmuşdur.  Görüşdə mərkəzin direktoru Şaban Eyvazovla yanaşı direktor müavini Vüsalə Kazımova, şöbə müdiri Pərvanə Useynova, Mərkəzinin Mədəni kütləvi tədbir üzrə təşkilatçısı Günel Əsədova, tibb bacıları Gülnar Bağırova və Səkinə Əmbiyeva da iştirak etmişlər. Biz də öz növbəmizdə qazilərimizin səhhəttinin keşiyində dayanan bu insanlara Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəaliyyəti və gördüyü işlər barədə geniş məlumat verərək həkimlərimizin də qazilərimizə qarşı göstərdikləri xoş münasibətə, diqqət və qayğıya görə təçəkkürümüzü diqqətə çatdırdıq. Daha sonra Tibbi Mərkəzin həkimləri və tibb bacıları göstərdikləri fədakarlığa görə AVMVİB Zəngilan rayon şöbəsi tərəfindən Fəxri fərmanla təltif edildilər. Sonda xatirə şəkilləri çəkdirildi.

P.S. Fəxri fərmanla təltif olunanlar:  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, direktor müavini Vüsalə Kazımova, şöbə müdiri Pərvanə Useynova, Mərkəzinin Mədəni kütləvi tədbir üzrə təşkilatçısı Günel Əsədova, tibb bacıları Gülnar Bağırova və Səkinə Əmbiyeva

AVMVİB Zəngilan rayon şöbəsinin sədri,
Azad Musayev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: