Erməni feyk videosu ilə Avropanın «feyk liderlərini» barmağına dolayıb

XAQANİ Ədəboğlu

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri, müharibə əlili

Erməni feykini öz əleyhinə çevirmək mümkündür. Sadəcə biz işləmirik. Aidiyyatlı qurumların bu sahədə fəaliyyəti yüngül desək təəssüf doğurur. Bir də müharibə başlayan günlərdə onların fəaliyyətlərinin Fədai.az-ın ölkədə yayınını dayandırıb, saytın Microsofta hücum etdiyini demək olduğunu görmüşük. Çünki bizim düşmən erməni-rus faşizmi olduğunu yazırıq və yazmaqdayıq. Ölkəmiz döyüş meydanında qalib gəldikdən sonra da informasiya müharibəsi daha da kəskinləşib. Düşmən bütün aspektlərdə hücuma keçərək döyüşdəki məğlubiyyətinin acısını çıxmağa çalışmaqdadır. Çünki informasiya müharibəsi, öz məlumatlarını, informasiya sistemlərini və proseslərini qorumaqla yanaşı, düşmənin məlumatlarına, məlumat sistemlərinə və informasiya proseslərinə zərər vuraraq məlumat üstünlüyünə nail olmaq üçün həyata keçirilən məqsədyönlü fəaliyyətdir. Bəs biz nə edirik?

Açıb istənilən «pullu, paralı» saytların yazdıqlarını oxuyun. Bu yazarlar az qala «vətənpərvər lotuluqla» və güya «təəssübkeş» kimi «bizim əsgər düz edib, yaxşı edib» deməklə erməni atan bu feyki təsdiqləməyə girişiblər. Lotuluğunuzu barlara saxlayın, informasiya savaşı lotuluq meydanı deyil. Azərbaycan əsgəri özünü əsil əsgər olaraq təsdiqlədi. Yaralı əsir terrorçunun yarasını sarımaqla, blindajda torpaq altında qalan düşməni çıxarmaqla və apardığı bu müqəddəs savaşda bir mülki şəxsi öldürməməklə dünyanın ən peşəkar əsgəri olduğunu ortaya qoydu. Düşmən bu imicimizi zədələmək və Azərbaycan Ordusunu konvensiyanı pozmaqda günahlandırmaq üçün bu addımları atır. Bəs sizin istəyiniz nədir?

Avropalılar, xüsusən də Fransa erməni feykini bizim saytlar kimi göydə qapdılar. Toyvo Klaar öz twitter paylaşımında öz fikrini dəyişərək disbalans yaratmağa çalışıb.

«Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib». Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar öz twitter hesabında yazıb.

«Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var», — o qeyd edib.

Amma bu problemin məğzini yaxşı bilən, Karnegi Fondunun analitiki Tomas de Vaal Azərbaycan əsgərləri tərəfindən silahsız erməni əsgərlərini «edam etdiyi» feyk videoya münasibət bildirib.

“Dəhşətdir. 2020-ci il müharibəsinin hərbi cinayətlərinin cəzasız qalması və araşdırılmaması yeni vəhşiliklərə və indi Azərbaycanın son işğalı zamanı bu yeddi silahsız erməninin açıq-aşkar öldürülməsinə təkan verir. Aİ-nin bu reaksiyasını görməyə şadam”, — o, Twitter-dəki mikrobloqunda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu mövzuda şərhindən yazıb.

Toivo Klaar, «Əgər bu videonun həqiqi olduğu sübut olunarsa, bu, araşdırılmalı və günahkarlar cəzalandırılmalı olan hərbi cinayətdir» demişdi.

12-13 sentyabr hadisələrinə aid edilən bu feyk kadrlar barədə münasibətlərin, reaksiyaların ard-arda və üst səviyyədə verilməsi kadrların, yəni bu filmin sifarişçilərinin Qərbdəki erməni lobbisi olmasını sübut edir. Düşmən bu addımla Azərbaycana qarşı təzyiq xarakteri daşıyan qərarların qəbul edilməsi ilə rəsmi Bakını sülh müqaviləsini İrəvanın şərtləri ilə razılaşmağa, yaxud ən azı mövcud tələblərini yumşaltmağa məcbur etməyi düşünürlər.

Yerli Azərbaycan saytların yazdığına görə video artıq Azərbaycan Hərbi Prokurorluğu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır. Əlbəttə ki, hər hansı cinayət faktı olarsa, buna ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək.

Hesab edirəm ki, erməni feyki olan videodakı gördüklərimizi dərindən analiz etməyə ehtiyac belə yoxdur. Yenə erməni axmaqlığı öz izlərini buraxıb və bu Vaal kimilərini müvəqqəti aldatmaq üçün yararlı ola bilər. Yaxud da izsiz cinayət olmur. Həmin faktlara diqqət edək. Biz həmin olayın daha öncə yayılmış fotolarını əldə etmişik. Erməni feykinin rejissorları həmin kadrları, məhz bizdə olan fotolar üzərində səhnələşdirməyə, quraşdırmağa çalışıblar. Fotolarla videonun müqayisəsi faktı təsdiqləmək üçün kifayətdir. Əslində bu fotolar kadrların feyk olması üçün yetərliydi, amma heç olmasa gənc jurnalistlərimizin bu cür faktlara hansı aspektdən yanaşmaları üçün bu yazını yazdım.

Birincisi, Azərbaycan ordusu mənsublarının başındakı kaskalar tam fərqlidir (fotolara və videoya bax).

İkincisi, güya atəş açma səhnəsində hədəfə doğru üzbəüz dayanıb atəş açması və silahın Rusiya istehsalı olan AK-74 olması, həmçinin hadisə yerinin qayalıq olması isə yenə axmaq erməni rejisorunun diqqətindən qaçıb. Üzbəüz atəş zamanı ən azı bir neçə nəfərin yaralanması qaçılmazdı. Çünki AK-74 avtomatının atdığı mərmi 5,45 mm-lik mərmilərdir. Ən zərif toxunma bu güllənin istiqamətini dəyişə bilir və bu güllələr sərt hədəfdə «rikoşet»ə meyillidir.

Üçüncüsü, səhnələşdirilmiş kadrlarda atılan güllələr boş güllələrdir (холостая пуля). Bunu görmək üçün hərbçi olmaq yetərlidir.

Dördüncüsü, atılan mərminin canlı və cansız hədəfə daxil olma səslərini bütün döyüşçülər yaxşı bilir. Bu kadrlarda o səs yoxdur, yəni bu, feyk kadrlarda boş güllələrdən (холостая пуля) istifadə olunduğunu təsdiqləyir.

Beşincisi, dəyən güllələrin təzyiqi hədəfdə özünü göstərmir. Hətta ölmüş insana güllə dəydikdə cəsəd hərəkətlənir. Bunu da döyüşçülər daha yaxşı bilirlər. Çünki AK-74 avtomatından atılan 5.45×39 çaplı güllənin sürəti, təxminən saniyədə 870 metr/san, atıcıdan 500 metr məsafədə isə saniyədə 428 metr olur.

Altıncısı, kadrlarda istifadə olunmuş aktyorlar «ölmək üçün daş əzdiyinə görə yerini rahatlayıb sonra ölürlər». Bu kadrlarda aydın görünür.

Yeddincisi, hər iki istiqamətdə işıq effekti yaratmaqla oyunçuların sifətlərinin görünməməsi təmin olunub.

Səkkizincisi isə, coğrafi ərazinin yanlış olmasıdır. Bu hadisənin baş verdiyi postun son görüntülərini əldə etmişik. Postdakı qayalıq deyil, qara dağ daşlarından tikilmiş barıların uçması nəticəsində yaranan uçqundur. Kadrlardakı məkanda isə bu yoxdur, əvəzində təbii qayalar var. Fotolardan postun PUA və yaxud da artileriya zərbəsi ilə vurulduğu aşikar görünür. Həmçinin kadrlarda dəmir çarpayı başlığı qoyulsa da iri çaplı atıcı silahın mərmiləri yoxdur. Üstəlik çarpayı başlığının yanında 3 erməni cəsədi olsa da kadrlarda 1 nəfərin cəsədi var. Çarpayının toru isə videoda əks olunmayıb. Fotolarla ən bəsit araşdırmaçılar paralel müqayisələr aparsa yüzlərlə işarələr tapa bilər. Fotoları təqdim edirik.

Dəfələrlə yazmışıq və bir daha yazırıq ki, informasiya təhlükəsizliyimiz yox dərəcəsindədir. Peşəkar olmayanların sayəsində Azərbaycan informasiya məkanı düşmən üçün açıq sahədir. İstənilən informasiyanı bizim informasiya məkanına ötürə bilirlər. Xüsusən də «şoook jurnalistikası» bu cür xəbərləri göydə qapır və özlərinə reytinq, like qazanmaq istəyirlər. Bunun qarşısını almağa yönəlik heç bir tədbir görə bilmədik. Alınan informasiyaları sintez edə bilən bir jurnalistikamızın olmadığı ortaya çıxdı. Elə bu kadrları şərh edən Azərbaycan mediasının şərhlərini nəzərdən keçirin. Onların şərhləri qeyd-şərtsiz olaraq bu feyk kadrların dolayısıyla təsdiqinə yönlənib.

Əlavə şərhə ehtiyac duymuram. Amma bir peşəkar, təhsilli jurnalist və bir döyüşçü olaraq bu feyk kadrlarla bağlı hər kəs öz yazdığı şərhləri bir daha diqqətlə oxusunlar və əsil həqiqəti özləri görəcəklər. Bircə şeyi bilmək lazımdır ki, müharibə gedən bir ölkədə informasiya ilə işləmək çox məsuliyyətli bir məsələdir. Xüsusən də dezinformasiya yüklü təşviş doğuran məlumatların yayılması müasir savaş üslublarından sayılır. Klassik anlamda «bir əsgərin qorxaqlığı böyük bir orduya sirayət edə bilər» deyimi bu tendensiyadan qaynaqlanır. Ordu və cəmiyyətdə təşviş, qorxu və təlaş yaradan informasiyalar kütləvi stress yaradır. Stress, bir orqanizmin müəyyən bir stimula — sözdə stress faktoruna verdiyi fizioloji və psixoloji reaksiyaların birləşməsidir. Bu cür işə rəvac verən informasiyaların filtirasiyası vacibdir.

Azərbaycanda bu sahə həqiqətən də sahibsiz buraxılıb. 2016-ci ildə döyüşlər zamanı vahid informasiya mərkəzinin yaradılmasını yazmışdıq. Bunu ermənilər döyüşün 2-ci günü etdilər. Qaraqaya döyüşlərinin də ikinci günündə İcevan bölgəsində mövcud vəziyyət barədə informasiyaların araşdırılması məqsədiylə böhran məlumat mərkəzi qurulması 14 iyulda elan edildi. Artsrun Hovhannisyan bu mərkəzin rəhbəri təyin edildi. Bu mərkəzin nəzdində feyk kadrlar hazırlamaq üçün kino studiya fəaliyyət göstərirdi. Xatırlayırsınızsa, Hadrutun azad edildiyi günlərdə «yaşlı ermənini bizim əsgərlərin güllələməsi» barədə feyk kadrlar yaymışdı. Bu çəkilişlərə istefa etmiş, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan rəhbərlik edirdi və yaymışdı. Amma bu xəbər öz təsdiüini tapmadı. Beynəlxalq aləmi özlərindən də axmaq bilən ermənilərin bu dəfəki feyk videosu daha geniş arenaya təqdim edilib və ambudusman Qriqoryanın tələsik təsdiqləməyə cəhd etdiyi bu feyk video kadrlarda da erməni axmaqlığı öz izlərini buraxıb. Bu barədə Fedai.az öz araşdırmasında faktları təqdim edir.

Azərbaycan əsgəri əsirləri öldürsəydi, bu gün heç bir əsir əlimizdə olmazdı. Amma 4000 nəfərdən çox azərbaycanlı hərbçini və mülki şəxsləri əsir aparan Ermənistan 1 nəfərin belə taleyindən xəbər verməyib. Fransa kimi mənliyini itirmiş dövlətlər isə susur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Amma erməni feyklərinə reaksiya verən kar və kor Avropa bunca illər Ermənistana bir kəlmə də söz deməyib. ATƏT Minsk Qrupu adıyla onun müdafiəsiylə məşğul olub.

Daha bir erməni feykini və üstəlik erməni vəhşiliyini diqqətinizə təqdim edirik.

Qoy madam Avropa, qəbul etdiyi və dəm vurduğu Cenevrə Konvensiyasını tətbiq etsin. Azərbaycan ərazisinə silahla soxulan, nəinki erməni əsgəri, istənilən şəxs terrorçu sayılır və bu bütün dünyada belədir. Bütün dünyada isə terrorçular öldürülür. Bin Laden kimi. Amma biz hələ də humanistlik edib onları əsir alır və yaralarını sarıyırıq. Sonra da qaytarıb Ermənistana veririk. Elə bu gün də 17 nəfər terrorçunu qaytarıb verdik.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Azərbaycan tərəfi ABŞ-ın vasitəçiliyi ilə 17 hərbi əsiri, əslində terrorçusunu Ermənistan tərəfinə qaytarıb…

Feyk olmayan erməni vəhşiliklərini təqdim edirik, buyurun madam Avropa:

P.S. Yazıda verdiyi dəstəyə görə Veteran.az saytının redaktoru Nurlan Məmmədliyə təşəkkür edirəm.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: