16.04.2024

ŞƏRƏFLI ZABIT ÖMRÜ: MAHİR KƏRİMOV — 50

   Yüksək peşəkarlığı və humanistliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, dəqiqliyi və təmkinliyi ilə  seçilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Gəncə şəhərində, Hacıqabul və Binəqədi rayonlarında yerləşən  hərbi hissələrində  keçirən ehtiyyatda olan mayor Kərimov Mahir Füzuli oğlunun  27  sentyabr  50 yaşı tamam olur.

    Bu gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Rəhbərliyi ehtiyatda olan mayor Mahir Kərimovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir.Ona həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

   Ehtiyatda olan mayor Kərimov Mahir Füzuli oğlu  27 sentyabr 1972- ci ildə Gəncə şəhərində anadan olub (Əslən  Ucar rayonunun Qazıqumlaq kəndindəndir).

O, 1979- cu ildə  Gəncə şəhər orta məktəbinin birinci sinifə getmiş, 1989 -cu  ildə həmin orta məktəbi  bitrmişdir.

   Ehtiyatda olan mayor Mahir Kərimov Azərbaycan Kənd Təsərrüfatı Universiteti, Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin  Hərbi Məktəbində  zabitlərin ixtisas artırma kursunu və Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Ünverstetini  bitrib.

    Mahir Füzuli oğlu Kərimov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Gəncə şəhərində, Hacıqabul, Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri,   böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, tərbiyə bölməsində təlimatçı, baş təlimatçı — tərbiyə bölməsinin rəisi  vəzifələrində xidmət edib.

  Kərimov Mahir Füzuli oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı bir zəhməkeş baş zabitdir.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi  kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   Ehtiyatda olan mayor Kərimov Mahir Füzuli oğlu  Daxili  Qoşunların Baş idarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçula, çavuş və əsgərlərlə  komandir hazırlığı və doyüş və ictimai siyası hazırlığı üzrə planlaşdırılmış məşğələlərin, məşqlərin,nümnəvi göstərici məşğələlərin və metodiki təlim toplanışlarının yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.

    O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidməti  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Təhsil aldığı təhsil müəssisələrinin vəzifəli şəxslərinin, hərbi hissə komandiri və onun müavinlərinin müvafiq əmrləri ilə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Kərimov Mahir Füzuli oğlu Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sira medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAHİR BƏY!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

Azərbaycan Veten Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq məsələləri üzrə  müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: