18.04.2024

Bayden Türkiyəyə F-16-ların satışını dəstəklədi

Co Bayden administrasiyası F-16 qırıcılarının Türkiyəyə mümkün satışını dəstəkləyib.

Bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Seleste Uollander bildirib.

“Türkiyənin güclü müdafiə qabiliyyəti NATO-nun müdafiəsini gücləndirəcək. Birləşmiş Ştatlar Türkiyənin qırıcı donanmasının modernləşdirilməsini dəstəkləyir, çünki o, NATO-nun və Amerikanın təhlükəsizliyinə töhfə verir.

Bu planlar hazırlanır. Və onlar bizim müqavilə proseslərinin bir hissəsi kimi işlənməlidir”, — Uollander vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə icazə verib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: