Rusiyanın neoimperiya oyunları

Eldar Tağıyev
Ukrayna
5 il əvvəl yazmışdım.
Кeçmiş Sovet İttifaqı ərazisində baş verən müharibələr eyni senari ilə başa çatır. Coqrazi ərazisini itirən dövlətlər, Moldova, Gürcüstan bə Azərbaycan sırasına yeni daxil olan Ukraynada baş verənlər də istina təşkil etmir. Bütün hallarda Rusiya münaqişədə tərəfdir, açıq və ya gizli formada.
Məğlubiyyətin qaçılmaz olduğu milli elitaya bəlli olsa da, kütlənın yükləndiyi vətənpərvər ruhdan doğan döyüşkənliyi müharibə meydanlarına daşımaqdan başqa yol qalmır.
Paraşenkonun prezidentliyinin ilk günlərində Rusiya ilə «sülh» imzalamağa cəhd göstərməsi, onun siyasi süqutu ola bilərdi. Məhz cəbhədəki üğursuzluqlar, ictimaiyyətin reallıqla hesablaşmasına yol açdı. Təsəvvür edin ki, hakimiyyətə milli şüarlarla gələn AXC, erməniləri Rusiyanın dəstəkləyəcəyini əvvəldən bilib danışıqlar yolu ilə müharibəni dayandırır və itkilərimizi qat-qat azaldır. Həmin hakimiyyəti xalq elə öz kabinetlərində boğardı.
Amma yorulub əldən düşən millətə sülhə imza atdırmaq, bir o qədər də çətinlik yaratmadı. Bu hal Moldova və Gürcüstanda da oxşar formada cərəyan etdi. Müəyyən ərazi itirildi, Rusiya özünü qalib saydı, ölkənin yerdə qalan coğrafiyasında qərb yönümlü qüvvələr şəriksiz hakim oldular. Rusiya ilə müqayisədə daha varlı Qərb, bu dövlətlərdə yaşayış səviyyəsinin separatçı ərazilərdəkindən qat-qat üstün olmasını təmin edə bildi. Bu hal tez bir zamanda özünü Ukraynada da biruzə verəcək. (Әgər ruslar bu planı pozmasa).

Beləliklə güc toplayıb torpaqlarını azad edəcəyinə inandırılan xalq, savaş meydanlarından çəkilir. Qərbin maraqlarına uyğun və Rusiya ilə yaxınlaşmaq ehtimalı zəif olan qüvvələr hakimiyyətə gəlir. Dondurulmüş müharibə ocaqları, tüstüləyə-tüstüləyə alışdırılacağı zamanı gözləyir.
P.S. Çox dəqiq surətdə analiz edilib.