08.09.2024

Təbrik: Qumral Laçınov — 53

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qusar rayon şöbəsinin sədri Qumral İsabəy oğlu Laçınovun doğum günüdür. Veteranımızın 53 yaşı tamam olur!

Qumral Laçınov Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə şücaəti ilə fərqlənən Vətən oğullarımızdandır. Onun təşkilatımızın fəaliyyətində və tədbirlərində fəal iştirakı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi tərəfindən təqdir olunmuşdur.

AVMVİB Qusar rayon şöbəsinin sədri kimi regionda yaşayan veteranlarımızın sosial problemlərinin həllinə daim köməklik göstərən Qumral İsabəy oğlu Laçınovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, yaxınları, döyüş və iş yoldaşları təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: