29.01.2025

35 il bundan əvvəl — Neftçala faciəsi

1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Cəlilabada və Neftçalaya doğru hərəkət etdi. Xalqın azadlıq uğrunda apardığı mübarizəni boğmaq məqsədi ilə həyata keçirilən bu hərbi əməliyyatlar nəticəsində günahsız insanlar hədəfə alındı.
Neftçala rayonunda əliyalın və günahsız sakinlər sovet ordusunun amansız hücumlarına məruz qaldılar. Bu qanlı hücumlar nəticəsində 2 nəfər həyatını itirdi, 50-yə yaxın insan isə həbs edildi. Həbs olunanlar arasında yerli əhali ilə yanaşı, azadlıq və müstəqillik uğrunda mübarizə aparan şəxslər də var idi.
Neftçala sakinləri həmin günlərdə böyük bir iradə və cəsarət göstərərək, azadlıq mübarizəsinə dəstək verdilər. Lakin sovet ordusunun ağır texnika ilə müşayiət olunan hücumları bu iradəni qırmağa çalışdı. Sovet tankları yalnız insanlara deyil, həm də bölgənin infrastrukturuna ciddi ziyan vurdu, dinc əhaliyə qarşı repressiv addımlar atıldı.

  1. Qəhrəmanımız 20 Yanvar Şəhidi Əbülfəz Cəfərov Böyükağa oğlu 14.12.1964 –cü ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur.
  2. Qəhrəmanımız 20 Yanvar Şəhidi Ağahüseynov Nurəddin Aslan oğlu 15.12.1951-ci ildə Neftçala rayonunun Sovetabad kəndində anadan olmuşdur.

AVMVİB-nin Neftçala rayon şöbəsi hər il olduğu kimi bu gün də “Neftçala rayon 25 Yanvar Xatirə kompileksi” — ni ziyarət etdilər. Həmçinin Şəhidlərimizi ziyarətə həmin günün şahidləri və zərərcəkmişlər də gəlmişdilər. Hadisənin 35 illik ağrısını ciyinlərində daşıyan 20 Yanvar qazisi Hüseynov Fərman tədbirdə faciənin baş verdiyi anları bir daha xatırlatdı.

AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev və 90 min üzvü adından «Başın sağolsun Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləklərini çatdırdı. Bu illər ərzində Şəhid ailələrini tək buraxmayan və 44 günlük Vətən Muharibəsi zamanı Şəhidlərimizin dəfnində dini ayinləri layiqincə yerinə yetirən Əliyev Mirseymur Musa oğluna və Hüseynov Vüsal İlqar oğluna AVMVİB-nin Neftçala şöbəsi adından TƏŞƏKKÜR edilərək TƏŞƏKKÜRNAMƏ ilə təltif olundular.
Sonda xatirə şəkli çəkildi.

AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov

Whats-App-Image-2025-01-25-at-18-56-11

Whats-App-Image-2025-01-25-at-18-56-11-1

Whats-App-Image-2025-01-25-at-18-56-12-1

Whats-App-Image-2025-01-25-at-18-56-13

Whats-App-Image-2025-01-25-at-18-56-13-1

Whats-App-Image-2025-01-25-at-18-56-14

Whats-App-Image-2025-01-25-at-18-56-15

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: