Acından ölən düşmən və toxundan ölən biz…

Vaxtilə Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı olan zaman Daşaltı şəhidlərinin əziz xatirəsinə Şəhidlər Xiyabanında bir xatirə daşı qoymaq üçün AVMVİB illərcə mübarizə apardı və sonda daşı gizli olaraq Şəhidlər Xiyabanında ucalda bilmişdi. Hətta bu abidəni Hacıbala müəllim sökməyə də girişmişdi və veteranlardan, hələ də övladının məzarı olmayan şəhid ailələrindən təpki gördükdən sonra özünün bu müştəbeh iddiasından əl çəkmişdi.

Nəhayət ki, Eldar Əzizov Bakı şəhəri İcra Hakimiyyətinə Başçı təyin olunduqdan sonra, Şuşa rayon İcra Hakimiyyəti ilə birgə bu abidəni daha layiqli bir şəkildə, şəhidlərimizin adları həkk olunmaqla əvəzlədi və hər bir zəhməti olan şəxslərə döyüşçülər və şəhid ailələri öz minnətdarlığını bildirmişdi. Amma bu adi abidənin qoyuluşuna nə az, nə çox düz 27 il vaxt sərf edilmişdi. Acında ölən Ermənistanın işğalında olan ərazilərimizdə isə erməni quldurları isə bunca vaxt sərf etməyərək elə Daşaltı kəndində abidə kompleksi yaradıb.

Xatırladaq ki, Milli Orduya edilmiş ilk xəyanət nəticəsində AVMVİB NTK sədri Niyazi Quliyevin araşdırmalarına görə, 91 nəfərin şəhid olduğu təsdiq olunub. Əməliyyatda iştirak etmiş keçmiş döyüşçülərin məlumatları əsasında hazırlanmış siyahı dəfələrlə mətbuatda dərc edilib. Amma düşmənin bu döyüşdə itkiləri haqqında indiyədək araşdırma aparılmayıb. Bunca xəyanətlərin tüğyan etdiyi bir əməliyyat nəticəsində düşmən 45 nəfər öldürülüb. Əslində hücum əməliyyatından xəbərdar olduqları halda bu itki böyük bir itki sayılmalıdır və düşmən tərəfində iştirak etmiş rusların və qeyri muzdlu terrorçuların adları erməni abidəsində əks olunmayıb. Çünki bu adlar ermənilər tərəfindən daim gizli saxlanılır.

Bu günlərdə Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski verdiyi müsahibədə ermənilərin iş üzünü bir daha açıb. O, ermənilərin 1-ci Qarabağ müharibəsində “qələbə”ni necə əldə etdiyinə işıq salması deyilənləri təsdiq edir. Qarabağ müharibəsi zamanı hərbi xidməti ilə bağlı xatirələrindən danışan Andrey Ruzinski deyib: “Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində vuruşurdu. Və siz necə düşünürsünüz: bu əclaflar (erməni silahlıları) bizim arxamızda gizlənirdilər və azərbaycanlılar uzaqdan görünən kimi silahlarını atıb geri qaçırdılar. Ancaq elə ki, haranısa tuturduq, qaçıb gəlir və qışqırırdılar ki, erməni torpağını “dəmir aşotlar”ın sayəsində azad ediblər. Xidmətim bitdi, doğma Stavropola getdim. Sən demə, biz Qarabağda onlar uğrunda vuruşanda onlar da orada yiyəlik edir, “Böyük Ermənistan” və “erməni döyüşçüləri” haqda çığır-bağır salırmışlar…
Acından ölən düşmən və toxundan ölən biz…
…Onlar qorxaqdırlar, vəssalam. Bilmirəm, siz ermənilər hansı qəhrəmanlıqdan danışırsınız? 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ da ermənilərin olmazdı. Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı”.

Bu günlərdə AVMVİB-nin 25 yaşı tamam oldu. 65 min üzvü olan bu təşkilatın 25 illik idönümünü görməzdən gəlmələri, onların Qarabağa münasibəti, Vətənin müdafiəsinə münasibəti kimi qəbul edilməlidir.

Beləliklə, acından ölən düşmən və toxundan ölən bizim müharibədə həlak olanların xatirəsinə ucaldılmış abidələr və Xankəndində ölkəmizi işğalda saxlayan 8 minlik separatçı veteranların inzibati binası ilə bizim 65 minlik veteranların inzibati binalarını bir daha diqqətinizə çatdırırıq. Xankəndindəki binanın ağlayı bizlərə yaman tanış gəlir…

Xaqani Ədəboğlu,
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

FOTOLAR:

1-2-3 — Şəhidlər Xiyabanında Daşaltı şəhidlərinin abidəsi və veteranların ziyarəti.

4-5 — Qarabağda Daşaltı abidəsi və B. Saakyanın ziyarəti.

6-7 — Xankəndində erməni separatçı veteranlarının qərargah binası və Bakıda AVMVİB-nin qərargah zirzəmisi.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •