08.09.2024

Müharibə veteranları ABŞ prezidentini siyasi dələduzluqda günahlandırdılar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev ABŞ prezidentinin qondarma «soyqırım» kəlməsini işlətməsini müharibə veteranlarının hiddətlə qınadığını bəyan etdi.

Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri


AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, yaranmaqda olan Türk Birliyi ölkələrinin ilk işi bu cür yunan-erməni lobbisinin pullarıyla siyasi karyera qurmuş Co Bayden kimi prezidenti olan bir ölkə ilə diplomatik əlaqələrə yenidən baxmaq lazımdır. Tarixi baxımdan Qafqazda qondarma Ararat respublikası adıyla erməni dövlətinin yaradılması cinayəti də, məhz Amerika mandatı altında baş vermişdir. Azərbaycan erməni və rus-sovet faşizminin hücumuna məruz qaldığı günlərdə də, elə erməni lobbisiylə qaranlıq əlaqələrə malik olan Co Baydenin təşəbbüsüylə Azadlıq aktına 907-ci düzəliş adlı qəbul edilmiş Azərbaycan əleyhinə ədalətsiz və mənfur sənədin qəbulunu da unutmamışıq.


F. Rzaquliyev qeyd edib ki, tarixi mənbələr 1915-ci ildə baş verən hadisələr zamanı, məhz ermənilərin milli və dini mənsubiyyətinə görə silahsız, əliyalın türklərə divan tutduğunu, minlərlə türk-müsəlman kəndlərini yandırdığını, on minlərlə dinc sakini qətlə yetirdiyini göstərir. Dünyanın axmaq kəsimi bu siyasi oyunda əlavə siyasi xal qazanaraq, Osmanlıda yaşayan 800 minlik ermənidən, milyon yarımlıq leş ortaya qoymağa çalışırlar. Qanuni baxımdan 1948-ci ildə qəbul edilmiş bir qərarın 1915-ci ilə aid edilməsi, olmayan bir soyqırımın, bu gün olmayan bir Osmanlının günahkar tutulmasını, ancaq siyasi dərrakəsi olmayan və «erməni xəstəliyinə» yoluxmuş adamlar, xalqlar, parlamentlər müzakirə edə bilər. Nə yazıq ki, bu gün Co Bayden kimi bir siyasi avantürüstün sayəsində ABŞ bu tələyə salınıb.


Sədr F. Rzaquliyev daha sonra dedi: «Bu gün Qarabağda müharibə başa çatsa da rəsmi İrəvan Ermənistan və Rusiyanın birgə yaratdıqları ordu tərəfindən Azərbaycanın Qarabağ bölgəsində basdırılmış çoxlu sayda minalar barədə xəritələri indiyədək ölkəmizə təhvil verməkdən imtina edir, beynəlxalq humanitar hüququ kobudcasına pozur, öz beynəlxalq öhdəliklərinə əməl etmir. Amma özünü hegemon güc hesab edən ABŞ bu konteksdə bir kəlmə etiraz bildirməyib. Beləliklə, illərcə cinayətkar Rusiya ilə əlbir olaraq Qarabağ torpaqlarının işğalda saxlanmasına şərait yaradan ABŞ, bu gün Ermənistan hökumətinin etnik azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına əngəl törətməyə çalışdığı və bununla da daha bir hərbi cinayətə yol verdiyi bir fakta münasibət belə bildirməyib. Üstəlik, həyasızcasına həmsədrliyinin bərpasından dəm vurmaqdadır. Bu qondarma olay haqqında qəbul olunan qərarlar da qondarma kimi qəbul olunur və heç bir siyasi əsası yoxdur. Üstəlik dünyada Türkiyənin siyasi və inzibati mövqelərini daha da gücləndirir.


ABŞ ən azından məhv etdiyi milyonlarla hindulara, asteklərə, inklərə görə cavab versin. Vyetnamda, Əfqanıstanda, İraqda, bu gün Suriyada məhv etdiyi milyonlarla insanların qanına cavabdehlik daşıdığını xatırlasın.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, 80 minlik veteranlar ordusunun dərin hiddətini ifadə edərək, bildirdi ki, dünyada baş verən bütün hərbi cinayətlərdə ABŞ-ın iştirakçı və baş aktyor olmasını və Co Baydenin bir dövlət adından bir məlum yalanın siyasiləşdirilməsini isə lənətləyirik. İnanırıq ki, Amerika xalqı Co Bayden avantürasına öz etirazlarını bildirəcəkdir. Bu qərar, böyük bir coğrafiyada ABŞ — ın dövlət imicinin ayaqlar altına atılması, Baydenin çirkin əməlləriylə məşhur olan erməni lobbisi ilə şübhəli əlaqələrinə qurban verilməsi kimi qəbul olunacaqdır. Bu ən azı ABŞ kimi ənənəvi bir dövlətin 45 prezidentinin siyasi fəaliyyətinin üzərindən, birinin sərsəmcəsinə xətt çəkməsi deməkdir. Biz- müharibə veteranları bu addımı Co Baydenin siyasi riyakarlığı və siyasi dələduzluğu sayırıq…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: