Ərdoğanın sözçüsündən Baydenə tövsiyə — «Tarixinizə baxın…»
ABŞ prezidentinin yeganə gündəmi ölkəmizə qarşı düşmənlik olan dairələrin böhtanlarını təkrarlayan açıqlamasını qətiyyətlə pisləyir və rədd edirik.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə cavab olaraq deyib.
«ABŞ prezidentinə öz tarixinə və bu gününə baxmağını tövsiyə edirik», — deyə bildirib.