Özünü qumbaranın üstünü atan döyüşçü müharibə təəsüratını bölüşdü — VİDEO
İki müharibə qazisi, “Maştağa” ləqəbli Vidadi Ağagülovun (AVMVİB Nəsimi rayon şöbəsinin üzvü — red.)haqqında danışdığı, qəhrəmanlığı dillərə düşmüş “Qumbara” Tərlan döyüş təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, Şəkidə yaşayan Vətən müharibəsi qazisi bayram günündə Baku TV-yə danışıb.
O heç nə düşünmədən qumbaranın üstünə tullandığı anı, döyüş yoldaşlarının onun hərəkətinə münasibətini yüksək təvazökarlıq hissi ilə xatırlayıb. Tərlan Həsənov qeyd edib ki, həmin an onun üçün hər şeydən vacib döyüş tapşırığını yerinə yetirmək və silahdaşlarının valideynlərinin gözü yaşlı qalmaması olub.
Sözügedən reportajı təqdim edirik: