Şuşa fatehlərindən olan Natiq Mahmudov şəhid oldu

Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Natiq Mahmudov sevdiyi Azərbaycana vida etdi.

Bu barədə məlumat “Azərbaycan” teleqram səhifəsi yayıb.
Qeyd edək ki, həkimlərin bütün səylərinə baxmayaraq, 45 gün komada qalan Şuşa fatehi Natiq Mahmudovun həyatını xilas etmək mümkün olmayıb.
Əslən Zaqataladan olan qazimiz bu gün müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.
Allah rəhmət eləsin!
Bizimmedia