Şəmkirdə şəhidlərin xatirəsi yad edilib
28 oktyabr 2020-ci ildə Şəmkir rayonunun şəhid Bəhlul Rüstəmov adına Dəllər-Cəyir kənd tam orta məktəbində şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kənd bələdiyyəsi sədrinin müavinləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) “Dəmir Yolları” şöbəsinin sədri, müharibə veteranları, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Daha sonra Dəllər-Cəyir kənd qəbiristanlığında şəhidlər Mirzə Məmmədovun, Rövşən Mədətovun və Elxan Qurbanovun məzarları ziyarət olunub. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
AVMVİB-in Mətbuat xidməti

.jpg)

.jpg)