Şəhid Rüstəm Quliyevin xatirəsi doğum günündə yad edilib
23 oktyabr 2026-cı il tarixində şəhid Quliyev Rüstəm Rəhman oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Ziyarətdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri, Sabunmu rayonu Maştağa qəsəbəsindən qazilər və veteranlar iştirak ediblər. Şəhidin məzarı başında Qurani-Kərimdən ayələr oxunub, ruhuna dualar edilib. Onun əziz xatirəsi ehtiramla yad olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
AVMVİB-in Mətbuat xidməti

.jpg)
.jpg)
