AVMVİB-in Hacıqabul şöbəsinə yeni sədr təyin edilib
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin müvafiq əmri ilə Ağayev Nəriman Qubad oğlu Birliyin Hacıqabul şöbəsinin sədri təyin edilib.
Təyinatla bağlı keçirilən tədbirdə AVMVİB sədri Füzuli Rzaquliyev, sədrin birinci müavini Vahid Abdurəhmanov, Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev, İdarə Heyətinin üzvü və Nərimanov şöbəsinin sədri Qurbanəli Osmanov iştirak ediblər.
Nəriman Ağayev ona göstərilən etimada görə AVMVİB rəhbərliyinə təşəkkürünü bildirib.
AVMVİB-in Mətbuat xidməti

.jpg)
.jpg)
.jpg)