“France 24” ermənilərin Gəncədəki cinayətindən süjet hazırladı

Fransanın məşhur “France 24” telekanalı Gəncənin Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə tutulması, dinc insanların həlak olmasına dair süjet hazırlayıb.

Teleqraf.com xəbər verir ki, süjetdə cəbhədən, döyüş zonasından uzaq olan Gəncənin atəşə tutulması nəticəsində dinc insanların həlak olmasından, düşmən hücumunun törətdiyi dağıntılardan bəhs edilir. Bununla yanaşı, süjetdə Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.

Qeyd edək ki, “France 24”-ün əsası 2005-ci ildə əsası qoyulub. Telekanalın verilişləri fransız, ingilis, ərəb, ispan dillərində yayımlanır.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •