ABŞ-dakı erməni “ziyalıları”ndan İrəvanın ekoloji terror siyasətinə 62 min dollarlıq dəstək

“Erməni dağları”ndan gələn suyun Azərbaycan çaylarına qovuşmasına imkan verməyin”

Məlum olduğu kimi, son vaxtlar Ermənistanın Azərbaycana yönəlik ekoloji terror siyasətini gücləndirməsi müşahidə edilir. Məhz bunun nəticəsidir ki, bu günlərdə birgə bəyanat verən XİN və Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq təşkilatları baş verənlərə adekvat reaksiya verməyə səsləyib, Ermənistanın ekoloji terror siyasətini faktlar əsasında növbəti dəfə ifşa edib. Xüsusilə də, Ermənistanın ölkəmizə axan çayların qarşısını kəsərək Azərbaycanda süni susuzluq problemi yaratmağa çalışdığı məlum bəyanatda öz əksini tapıb.

Moderator.az xəbər verir ki, bu günlərdə ABŞ-da yaşayan erməni ziyalıları tərəfindən rəsmi İrəvanın ekoloji terror siyasətinə dəstək məqsədi ilə ianə kampaniyasına start verilib. Kampaniya müəllifi qeyd edib ki, belə bir addımın atılmasında məqsəd sovet dönəmindən bəri “erməni dağları”ndan gələn suyun Azərbaycan çaylarına qovuşmasını əngəlləməkdir. İanə təşkilatçısının bildirdiyinə görə, “erməni dağları”ndan axan su ermənilərə məxsus əkin sahələrinin suvarılmasına cəlb edilməli, bütün hallarda ermənilər bu sudan azərbaycanlılardan öncə istifadə etməlidir.

Artıq ianə kampaniyası çərçivəsində 62 min dollarlıq vəsaitin yığıldığı bildirilir. Kampaniyanın daha bir neçə gün davam edəcəyi gözlənilir.

Seymur ƏLİYEV

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Поделиться