22.11.2024

Şəhid baş leytenantın ailəsində belə bir faciə 10 il əvvəl olub

Xəbər  verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən gərginlikdə baş leytenant Rəşad Mahmudov şəhid  olub.

Veteran.az-ın xəbərinə görə, təxminən 10 il bundan qabaq onun ailəsində daha bir faciə yaşanıb. Şəhidin yeniyətmə qardaşı Rəis Mahmudov ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. Şəhid R. Mahmudov  ailənin tək övladı olub. Subay olan şəhidimiz anası ilə birgə yaşayıb. Onun valideynləri uzun müddət əvvəl ayrılıblar.

Aşağı Cürəli kənd bələdiyyəsinin sədri Ruslan Səidov məlumatları saytımıza təsdiqləyib. O qeyd edib ki, şəhidin nəşi hələ doğma kəndinə gətirilməyib.\Qafqazinfo\

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: