Azərbaycan nefti 44 dollara yüksəlib
Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% artıb.
«Report» xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,00 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, «Azeri LT CIF» neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb./Report/