18.11.2026

Sözdən əmələ keçid

Neftçala veteranları Vahid müəllimin rəhbərliyi ilə yeni mərhələdə! Fəna aləmindən bəqa mülkünə köçən, xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq unudulmaz ustadımız Füzuli Rzaquliyevin gedişi ilə hər birimiz ağır itki yaşadıq. Lakin kədər insanı ümidsizliyə deyil, əksinə, daha böyük məsuliyyətə və əmanətə sədaqətə səsləyir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin qərarı ilə Vahid Abdurəhmanovun birliyimizin sədri təyin olunması bu çörəkli (Şəhidlik) yolunda, zamanın ruhuna uyğun tam isabətli və müdrik addım oldu.

Biz «Əmanətə sədaqət, Turana doğru müqəddəs yolçuluq» yazımızda qeyd etdiyimiz kimi, bu müqəddəs yolu məhz Vahid müəllimin rəhbərliyi altında addımlamaq qərarındayıq. İndi isə sözdən əməli işə keçərək, AVMVİB Neftçala rayon şöbəsi olaraq qarşımızda duran növbəti təşkilati və praktiki vəzifələri müəyyənləşdiririk:

1. Yerli Təşkilatın Fəaliyyətinin Yeni Mərhələyə Uyğunlaşdırılması o Mərkəzi aparatın yeni qərar, tövsiyə və təlimatlarının Neftçala şöbəsinin daxili nizamına operativ şəkildə tətbiq edilməsi məqsədilə şöbə İdarə Heyətinin və fəal veteranların iştirakı ilə geniş işçi toplantısının keçirilməsi.

2. Veteranların Sosial Müdafiəsi və Hüquqlarının Müdafiəsi İstiqamətində Reviziya o Rayonda yaşayan Vətən müharibəsi qaziləri, veteranları və şəhid ailələrinin sosial-məişət problemlərinin, sağlamlıq durumlarının və sənədləşmə işlərinin yenidən inventarizasiyadan keçirilməsi, onların hüquqlarının qorunması istiqamətində müvafiq qurumlarla əlaqələrin gücləndirilməsi.

3. Gənclərlə İş və Vətənpərvərlik Tərbiyəsi Layihələrinin Gücləndirilməsi o Rayonun ümumtəhsil məktəblərində, gənclər təşkilatlarında hərbi-vətənpərvərlik dərslərinin, «Zəfər tariximiz və Füzuli Rzaquliyev irsi» mövzusunda maarifləndirici görüşlərin daha intensiv təşkil olunması.

4. İctimaiyyətlə Əlaqələr və Mətbuat İşinin Canlandırılması o Rayon şöbəsinin gördüyü işlərin, veteranların uğurlarının və qaldırılan problemlərin «Veteran.az» başda olmaqla mətbuatda mütəmadi olaraq işıqlandırılması üçün operativ məlumat mübadiləsi mexanizminin qurulması.

Respublika Rayon Şöbələrinə Çağırış: Bu gün təkcə Neftçala deyil, Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən AVMVİB şöbələri bu ağır itki qarşısında bir daha yumruq kimi birləşməlidir. Biz bütün rayon şöbələrinin sədrlərini və dəyərli veteranlarımızı Vahid müəllimin ətrafında daha sıx birləşməyə, mərkəzi aparatın həyata keçirdiyi islahatlara və yeni inkişaf kursuna fəal şəkildə dəstək olmağa çağırırıq. Unutmayaq ki, şəhidlərimizin ruhu və Füzuli müəllimin əmanəti qarşısında bizim tək bir borcumuz var: Vahid müəllimin rəhbərliyi ilə əl-ələ verərək Zəngəzura və uca Turanın Qızıl Almasına doğru şərəflə irəliləmək!

✍️ Seyyid Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: