İLK INSANLARIN VƏTƏNİ AZƏRBAYCANDIR VƏ İLK PEYĞƏMBƏRLƏR DƏ BİZİM ƏCDADLARIMIZA GÖNDƏRİLİB
Ravil Nuhvadili (Cəfərov Nadir oğlu)
(Əvvəli: https://veteran.az/?p=6411)
Qurani-Kərimi ərəblərin uydurub, yazdığını iddia edənlər, Nəml və Səba surələrini və surələrdə adı çəkilən Səba qövmü və qəbiləsinin adını Ərəb ölkələrində deyil, elə Bakının mərkəz rayonu olan Səbaildə (Səbael) tapa bılərlər.
Nəml surəsi
15. Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”
22. Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
23. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.
24. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.
Səba surəsi
15. Səba (qəbiləsinin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl diyar və Bağışlayan Rəbb!”(– deyilmişdi)
16. Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik.
17. (Səbaqəbiləsiilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.
18. Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də pərən-pərən etdik. Həqiqətən, səbrli və şükür edən hər kəs bundan ibrət alar .
«İl» və «el» sözləri eyni mənada işləndiyini nəzərə alsaq, ayədə Səba elinin insanlarının Günəşə inanmaları qeyd edilir. Bizim ulu əcdadlarımız hamıdan öncə Günəşə sitayiş ediblər. Batil inanclara görə də həmişə peyğəmbər göndərilib, iman gətirməyincə cəzalanıblar, məhv olsalar da adları qalıb. Bunu «Səba» surəsinin 18 və 19-cu ayələri bir daha təsdiq edir. Əlavə olaraq təkrarən də olsa, qeyd etsək ki, qədim türk dilində yerdən dikələn bir şeyə səbalan deyilir, o zaman Savalan dağının adını
rixə müraciət edək.Təqribən eramızdan əvvəl VI əsrdə Xəzər dənizi sahilində (indiki Dağıstanın cənub hissəsi və Salyan rayonu daxil olmaqla) Massagetlər(Maştağa ) dövləti mövcud olmuşdur. Həmin dövlətə er. əv. 570-530-cu illərdə Tomris adlı qadın hökmdarlıq etmişdir, həmin hökümdar ki, Fars hökümdarı olmuş Kirin başını kəsərək qanla dolu tuluğa tullamışdır. Digər bir versiya isə bu qadın hökmdar Bilqeyis olmuşdur . Hər hansı bir halda bu ayələrin bizə məxsusluğu şəksizdir.
«Səba» surəsinin 19-cu ayəsində əcdadlarımızın naşükürlükləri ucbatından dünyaya səpələnərək başqa xalqlar kimi yox olması nəzərdə tutulur.
«Qurani-Kərim»-in «əl-Ənam» surəsi, 74-cü ayədə Həzrəti İbrahimin(ə) (Abrahamın) atasının adı Azar(Azər) olduğu qeyd edilir. Bu adın qeyri xalqlara deyil məhz bizə məxsus olması aksiomadır. Demək ki, İbrahim(ə)-ın da soykökü bizimlə eynidir. İbrahim(ə)-ın da atası bir olan Allaha iman gətirmədiyindən, bütlərə ibadət edən olduğuna görə, atasından imtina edib. Ərəblərdən də neçə min il qabaq oğlu İsmayılı(ə) Allah yolunda qurban kəsmək istərkən mələklər vasitəsilə göndərilən qoçun kəsilməsiylə Qurban bayramını əcdadlarımız günahlarının yuyulması üçün qeyd etməyə başlayırlar. Bu prinsiplə Həzrəti Məhəmməd(s) ərəblərin içindən peyğəmbər seçilsə də damarlarından İbrahim (ə) -ın qanı axır.
Yeri gəlmişkən dəmiri ilk icad edən türklər olduğundan və dəmirçiliyi insanlar arasında yayan Davud(ə) peyğəmbər olduğundan, Allah «Dəmir» surəsində üstsörtülü bilgi verir.
Süleyman(ə) peyğəmbərə isə misgərlik sənəti bəxş edilib ki, bu da ən çox bizə məxsus sahə və sənətdir.
Qurani-Kərimin ərəbcə nazil olması məhz bədəvi, yolunu azmış ərəbləri imana çağıraraq islah etmək üçün idi. Bu fikirlər «Ənam» surəsinin 92-ci ayəsində öz təsdiqini tapır: «Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar).» Bu ayədən göründüyü kimi Allah Quranı əsasən ərəblər üçün nazil etmiş, onlardan öncə bir olan Allaha iman gətirənlərin isə, Qurana iman gətirəcəyini vurğulayır. Bu ayədə Quranda lənətlənən yəhudilər və onların dostları, Allaha şərik qoşan xaçpərəstlər deyil, onlardan da öncə İbrahim(ə) peyğəmbərdən Musa(ə)peyğəmbərə qədər iman gətirənlər, xüsusilə də tək Tanrıya inanan türklər nəzərdə tutulur. Bu gün türklərin ərəblərdən və farslardan çox islama bağlılığı buna bariz nümunədir. «Ənam» surəsinin 92-ci ayəsinin ikinci hissəsi Nuh(ə) nəslindən olan OĞAZ/Oğuz-Türk insanlarına aiddir. O zaman orada yaşayan soydaşlarımız islamı könüllü qəbul etmişlər (Ənam surəsindəki «axirətə iman gətirənlər ona da iman gətirəcəklər» sözləri OĞAZLARA/Oğuzlara aiddir. Çünki tək Allaha inam bizdə Nuh(ə) və İbrahim(ə) dövründən var idi).
Həzrəti ADAM/Adəmdən(ə) hz. Süleyman (ə) peyğəmərə qədərki nəsil ardıcllığı aşağıdakı kimidir: Şis, Ənuş, Qəynan, Məhlail, Yərd, Əxnux (İdris), Mətu Şələx, Ləmək, Nuh, Sam, Ərfəhsəd, Qəynan, Şalix, Hud, Abir, Faliğ, Ərğu, Saruğ, Nahur, Azər(Turuk-F.Cəlilov.), İbrahim, İsmayıl, Heydər, Hamal,Nabat, Süleyman.
Hz. Əli(ə) rəss, yəni ƏR AZ xalqının hz. Süleyman(ə) peyğəmbərin dövrünə qədər yaşadıqlarını bildirmişdir. Yuxarıda qeyd etdiyimiz «Əhqaf» surəsində bəhs edilən Ad, əslində Az tayfasının buraya köçüb gələn insanlarıdır ki, səhrada qumsal təpələrdə məskunlaşmışlar və tarixdə sumer/şumer kimi tanınmışlar.
Məşhur «Tufan hadisəsi» zamanı AZOĞ-ların məhvindən sonra, Yer üzünə yayılan OĞAZ-lar/oğuzlar soyundan olan insanlar get-gedə coğrafi iqlim və şəraitin min illər ərzində dəyişkənliyi nəticəsində, toplumların bir-birindən tədric olmaları səbəbindən biloji, irqi, dil və mədəniyyət fərqləri yaransa da peyğəmbərlik Allah tərəfindən ilk əcdadların gen daşıyıcılarına verilmişdir.
Bu baxımdan Həzrəti Adam/Adəm(ə) torpağa ilk toxum səpən insan olaraq əkinçiliyin bünörəsini qoymuşdur. Azərbaycanda 11 iqlim tipindən 9-nun mövcudluğu ilk insanların yaşayışı üçün Allahın lütfü kimi dəyərləndirmək doğru olardı. Bu səbəbdən Yerin cənnəti olan Azərbaycanın da öz cənnəti Qarabağ da o mənanı verir—Kara(quru,yer), Bağ(cənnət). Hz. Adəmin(ə) Ərəbistanda yaşadığını iddia edənlər necə inandıra bilərlər ki, burada buğdanı əkib-becərmək mümkündür. Ona görə də tam əminliklə deyə bilərik ki, Araz və Kür çayları arasında yerləşən Azıx və Tağlar əkinçilk üçün əlverişli ərazi olduğundan ilkin vaxtlarda insanlar orada yaşamışlar. Mənim fikrimcə ilk insanlar yazıb-oxumaq bilməsələr də danışa bilmişlər. Çünki əks-halda Allahın Hz.Adəmə göndərdiyi ilk ayələrin təbliği mənasız olardı.
Həzrəti Xızır peyğəmbərin xeyir əməl, insanların hər zaman dadına çatan, onlara yardıma yetişən peyğəmbər kimi tarixə düşdüyünü bilirik. Fikrimcə onun adını yaşadan Xızı rayonundakı ziyarətgah bu gün də insanların arzu və niyyətlərinin həyata keçməsində vəsilədir.Digər tərəfdən Xızırzində(Xızır yaşayır) piri də onun adıyla bağlıdır.
Həzrəti İdris(ə) peyğəmbər olmaqla yanaşı iynəni ilk icad edən insan kimi tarixə düşüb. İynənin mövcudluğuyla tikiş-dərzilik sənətinin əsası qoyulub. İdris peyğəmbərin qədim mənbələrdə adı Əxnux kimi də yazılır. Mən ehtimal edirəm ki, Şəki şəhərinin qədim adı Nuxa olmaqla, Əxnux (İdris) peyğəmbərin adını daşıyır.Buna sübut kimi ta qədimdən bu günə kimi Şəki/Nuxa şəhərinin tikiş sənətini özündə yaşatmasını —milli palatrlar və papaqçılıq, ipəkçilik və s. — göstərmək olar.
Həzrəti Şis(ə) toxuculuğun bünörəsini qoyan peyğəmbərdir. O taylı, bu taylı, Azərbaycanda toxuculuğun mərhələlərlə inkişafı (qamışdan toxunmuş əşyalardan başlayaraq, həsir, kilim və ən əsası xalçaçlıq sənət nümunələri) göz qabağındadır və bizim tarixi və mədəni sərvətlərimizdəndir.
Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit — Eneolit dövrlərində formalaşdığını sübut etməkdədir. Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu ərazisində yerləşən Çatal — Hüyük abidəsində qazıntılar apararkən kömürləşmiş xalı qalıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi. Lakin qazıntıların sonrakı mərhələsində o Son Eneolit dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xalçalarının naxışları ilə tam eyni olduğunu görüb təəccüblənmişdi.
Maraqlıdır ki, Çatal – Hüyükdən tapılmış maddi-mədəniyyət nümunələri üzərində rast gəlinən naxış elementlərinin bəzilərinə eyniylə Azərbaycan xalçalarında da rast gəlmək mümkündür. Həmin motivlərə qayaüstü rəsmlərdə də sıx-sıx rast gəlinir.
Çatal-Hüyük naxışı və «Damğalı» xalçası (Qazax)
Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu Sarianidi də üzləşmişdi. O, tapdığı Son Eneolit — Erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini görüb son dərəcə heyrətlənmişdi. Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum: Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır: “Eramızdan əvvəl lll minilliyin ikinci yarısından etibarən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər baş verməyə başladı. Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu. Bu naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır”.
Eneolit dövründə toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən—Kültəpə 1, Hacı Firuz, İlanlıtəpə, Babadərviş, Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları, habelə Əlikömək təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.
Sənətşünas alim Kübra Əliyeva haqlı olaraq yazır ki, hər bir xalqın naxış sənəti müəyyən etnik xüsusiyyətlərə sahibdir və digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir: “Xalqın mədəniyyətinin əhəmiyyətli tərkib elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədəniyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu oynayır. Naxış sənəti xalqın məişəti, ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı, onun fəlsəfi — dini və magik dünyagörüşünü də əks etdirir.
Xalça sənətini Azərbaycan üçün əvəzsiz və tükənməz sərvət adlandıran Məmmədhüseyn Hüseynovun sözlərinə görə, tarixi, mübarizələrlə keçmişi olan bir xalq maddi-mədəni, mənəviyyat tarixini xalı-xalçalara toxuyaraq əsrlərdən-əsrlərə ötürüb yaşatmışdır. İbtidai halından tarixin bütün səhifələrində sanki iştirak edən xalça sənətimiz, oxunması gərək olan, səhifələrinin sayı bilinməyən bir kitabəyə çevrilmişdir: “Öz varlığını təbiətdən, insan zəkasından alan bu sənətin zaman-zaman, pilləpillə inkişaf edərək, böyük rəssamların, sənətkarların təffəkkür süzgəcindən keçərək, tarixin aynasında, özünü xalq sənətində yaşadaraq inkişaf etmişdir.
Xədicə Əsədovanın yazdığına görə, xalça naxışları arasında inanclar və totemlərlə əlaqədar tipoloji qrupa daxil olan motivlərə də tez–tez rast gəlinir.Astral inanclarla bağlı təsvirlərə “Malıbəylı» kompozisiyalı xalça- larda daha çox rast gəlinir. Bu cür xalçalarda əsas göllərin içərisində həm günəşi təmsil edən svastika, həm də həndisiləş- dirilmiş “bulud” təsvirləri yerləşdirilir. Bu təsvirlərin qəbiləni, tayfanı ifadə edən əsas gölün içərisində yerləşdirilməsi bu inancların keçmişdə böyük əhəmiyyətə malik olmasını bir daha sübut edir. Xalçalar üzərində olan bu cür təsvirlərə əsasən göl əkinçiliklə və ya təsərrufatla məşgul olan tayfanı ifadə edir: “Gölün mərkəzindəki günəş odu, alovu, istiliyi, bulud isə suyu – ilkin təbiət ünsürlərinin vəhdətini təmsil edir. Astral inanclarla bərabər tayfalar, qəbilələr, xalqlar arasında müxtəlif inanclar da mövcuddur. Zaman keçdikcə bu inanclar totemlərlə, dini inanclarla əvəz olunur. Əvvəllər müxtəlif allahlara, ruhlara inananlar artıq müxtəlif totemlərə inanırlar. Bir çox hallarda günəşi xarakterizə edən bu cür totemlərə “tovuz quşu”, “şir”, “keçi” və s. heyvan fiqurları daxil idi. Xalçalar üzərində isə bü cür totemlərlə bağlı olan elementlərə tez–tez rast gəlinir”.
İstər Gəmiqaya, istərsə də Qobustan qayaüstü təsvirlərində, eləcə də o dövrün keramika və tətbiqi sənət nümunələrində keçi ilə ulduzun qoşa təsvirlərinə çox sıx-sıx rast gəlinməkdədir.
Sözügedən təsvirlərdə ulduz, bəzən xaç, bəzənsə svastika formasında olur. Bu tip piktoqrafiya nümunələrinin önəmi ondadır ki, onlar xalq arasında geniş yayılmış “Təkə Ülkərə (ulduza) baxan kimi baxmaq” ifadəsini əks etdirir. Əslən Qərbi Azərbaycandan olan Meğri rayonunun Lök (indi Vartanazor) kəndindən olan Babayev Qurban Xanəli oğlunun (1959) bizə verdiyi şifahi məlumata görə, təkələr yalnız Ülkər ulduzu peyda olanda dişi keçilərə yaxınlaşırlar. Bu üzdən də təkələr həmişə ildə sadəcə bir neçə gün görünən bu ulduzu gözləyir və o çıxdıqda gözlərini ona dikirlər.
Maraqlıdır ki, bənzər motivə təkcə qayaüstü rəsmlərdə deyil, xalçalarımızda da rast gəlinir ki, bu da bizə motivin bilavasitə əski türk dünyagörüşü ilə bağlı olduğunu bir daha əsaslı surətdə sübut edir. Xalçalarımızda Tunc dövrünə aid edilən başqa qayaüstü rəsmlərdən tanıdığımız digər piktoqrafik motivlər də geniş yayılmışdır.
Lakin onların bu günə qədər donuq şəkildə olsa da, xalçalarda işlənmə gələnəyi göstərir ki, vaxtilə informativ yük daşıyan həmin işarələr Azərbaycanda geniş yayılmışdır… Xalça uzmanı L. Kərimovun əksər bölgələri əhatə edən «Azərbaycan xalçası» kitabından loqoqram, damğa və runik işarələrə aid seçib verdiyi örnəklər runik yazının Qafqaz mənşəli ehtimalı üzərində ciddi düşünməyə əsas verir.
Bəzi xalça naxışlarının vaxtilə damğa hərf olmasını görmək üçün onları runik yazıdakı eyni işarələrlə müqayisə etmək kifayətdir. Naxışların xalçada tam olmayan bu örnəyi də aydın göstərir ki, runik yazı xalça sənətində geniş işlənmişdir».
Üzərində müxtəlif damğa təsvirləri olan Azərbaycan xurcunu
Tədqiqatçı S.V. İvanovun təbirincə desək, milli ornament hər bir xalqın bədii mədəniyyətinin yüzillərlə yaşayan ən dözümlü elementidir. Bu baxımdan kökü Neolit-Eneolit dövrlərinə qədər uzanan, Tunc dövründə yeni elementlər qazanan piktoqrafik və ideoqrafik mahiyyətli xalça naxışlarımız da istisna deyildir. Eyni sözləri qayaüstü rəsmlər və damğalar haqqında da demək mümkündür. Məhz bu rəsm və damğaların sayəsində Kür-Araz mədəniyyəti dövrü maldarlarının Gəmiqaya (Azərbaycan) – Timərə (İran yaylası) – Saymalıtaş və Tenir Too (Qırğızıstan) istiqamətində, eləcə də digər istiqamətlərdə gerçəkləşdirdikləri miqrasiyalarını izləmək mümkündür.Bu məlumatlar Şis(ə) peyğəmbərin əsasını qoyduğu toxuculuğun da bizə məxsusluğunu təsdiq edir.
Həzrəti Hud(ə) ticarətin əsasını qoyan elçi olmuşdur.Azərbaycan və bütövlükdə türk dünyasının tacirlik ənənəsi və məşhur İpəkyolu ticarət yolunun də bizə məxsus olması, eyni zamanda tacirlərin gecələmələri üçün karvansaraların ta qədimdən mövcudluğu bu sənətin bu gün də bizdə geniş yayılmasının göstəricisidir.
Aşağıdakı şəkildəki ağça(axça), manat, qızıl, tümən kimi numizma-tizmlərin kök morfemi tarixi-dialektoloji istiqamətdən təhlil olunmuşdur. Araşdırma nəticəsində qeyd olunan numizmatizmlərin kök morfemlərinin, həmçinin şəkilçilərinin xalis türk mənşəli olması dialekt materialları və dil tarixi nümunələri əsasında sübut olunmuşdur. Eləcə də axça, manat, qızıl, tümən kimi numizmatizmlərin semantik dəyişmələri məsələsinə də aydınlıq gətirilmişdir. Arxaizmə çevrilmiş bu sözlər bədii dil nümunələrində, həmçinin tarixi sənədlərdə qalmışdır. Söz itə bilməz. Xalq sözü qoruyub yaşadır.
Azərbaycan dilində ilk bazar münasibətləri al-ver adlanmışdır. Dinamik bir proses olan bazar anlayışını xalq özü bildiyi kimi feili kök morfemlərdə tapmışdır. Çoxmənalı al morfeminin bir mənası da ‘götürmək, əlinə götürmək’ deməkdir. Ver kök morfemi də müvafiq olaraq əlindən qarşı tərəfə ötürmək, təqdim etmə mənası verir. Deməli, al-ver sözü pulun meydana gəlməsinə qədərki zaman malın mübadiləsi prosesini əks etdirir. Söz isə zaman keçdikcə mənaca daha da genişlənir və ərəb mənşəli ticarət sözünü canlı danışıqda üstələyir. Beləliklə, alverçi – ‘tacir’, alış-veriş mərkəzi – ‘ticarət mərkəzi’, alış-veriş – ‘ticarət’ kimi alınmaları əvəz edir. Qeyd etmək lazımdır ki, diaxronikdialektoloji aspektdən bazar sözünə morfonoloji yanaşmada bir sıra maraqlı cəhətlər ortaya çıxmışdır. Bazar sözünün morfonoloji incələmədə «baz» kök morfemin «mübadilə məqsədi ilə sövdələşmə» mənasının Muğan qrupu şivələrində qorunduğu ortaya çıxmışdır: – Eşitdim öyü bazzaşmısan? – Yox, bazzaşmaduğ (danışıqdan – Neftçala r-nu); -«ar» morfeminə gəldikdə isə deməliyik ki, bu leksik şəkilçi morfemin feildən isim düzəltməsi daim məhsuldar olmuşdur. Sözsüz ki, bazar münasibətlərinin reallaşması pulun meydana gəlməsi ilə bağlı olmuşdur. Azərbaycan dilində pul — onun, nominal dəyərin formalaş-masına qədərki vaxtadək hazırlandığı materialın əsasən rənginə görə adlandırılmışdır: ağça, qızıl, (altun – türkcə) və s. Yaxın keçmiş zamanda da eyni faktın şahidi olmuşuq: ağ manat, göy beşlik, qızıl onluq, qırmızı onluq və s. Analoji vəziyyət bu gün də canlı danışıqda jarqon və loru söz səviyyəsində işlənir: ağ pul, qara pul, göy (ABŞ dolları) və s. Göründüyü kimi, bəzi numizmatizmlərin diaxronik-dialektoloji cəhətdən araşdırılması tarixən Azərbaycanın iqtisadi-siyasi cəhətdən nə dərəcədə sərbəst imkanlara malik olmasını bir daha sübut edir. Fikrimizi araşdırma üçün nəzərdə tutduğumuz aşağıdakı numizmatizmlər dətəsdiq edir. Axça//ağça Azərbaycan dili şivələrində, əsasən arxaizm və ya metaforikləşmiş variantlarda həm pul, metal pul, gümüş pul kimi, ümumişlək söz kimi, həm də balığın pulcuğu mənasında işlənir. Ağ (VC) rəng bildirən sifət və -ca qüvvətləndirici şəkilçiləşmiş ədat morfemdən ibarət olan bu sözün canlı danışıqda yalnız metaforikləşmiş pul anlayışı bildirməsi müşahidə olunur. Kasıb axça tapdı, boğ ça tapmadı məsəlində axça və boğça sözlərinin fonomorfoloji uyğunluğundan başqa, semantik əlaqələnməsi də müşahidə olunur: Axça – pul; boğça – pulun qorunduğu bükülü parça. Əslində boğ(x)ça – boğça ‘qadınlara məxsus səliqə-sahman’ mənasında metaforiklik qazana bilmişdir. Türk mənşəli numizmatizmlərin tarixi-dialektoloji araşdırılması Azərbaycanın qədim ticarət ənənəsi və dövlətçilik tarixi olan bir ölkə olmasını bir daha təsdiq edir.
Həzrəti Nuh(ə) dülgərlik sənətinin banisidir. Zəngəzurdakı Nüvədi kəndinin adının Nuh(ə) peyğəmbərlə bağlı olmasını təsdiqləyən Peyğəmbər İzi və Gəmidüzü toponimlərilə yanaşı, Nuhun(ə) tarixdə iz qoyan gəmisinin tufana, qayalara qarşı sərt, dözümlü ağaclardan düzəldilməsi olmalıdır ki, Nüvədi (Nuhvadi) kəndinin meşələrində dözümlü ağacların mövcudluğu buna əyani sübutdur.
Həzrəti Yusifin(ə) saatı ilk icad edən peyğəmbər olduğu bildirilir. Onun da soykökünün bizim əcaddlarımızdan olmasını görkəmli mixioloq (mixi yazılarının araşdırıcısı) Tariyel Azərtürkün tədqiqatlarında qədim OğAz/Oğuz türkcəsində oxunan mixi yazılarda rast gəldiyi aşağıdakı şəkildə yalqız mıx (SOLDA) 1 işarəsidir. 1 mıx — şaquli şəkildə. İki mıx yan-yana -2; 3 mıx yan-yana 3; artıq 4-üçün yerə qənaət məqsədilə mıxları ikimərtəbəli düzürlər. Altda iri və qısaqollu bir mıx, üstündə 3 rəqəmi göstərən 3 mıx və s.
Sağdakı iri mıx 60 işarəsidir. Babalar bizdəki onluq sistemindən fərqli olaraq, sayda altmışlıq sistemindən istifadə ediblər. Odur ki, bu işarənin öz xüsusi çəkisi olub. 60 rəqəmini görünür çevrənin uzunluğu kimi; 1-ə, 2-yə, 3-ə, 4, 5, 6, 10, 12, 15, 20, 30, 60-a qalıqsız bölünən rəqəm kimi (suda çox asan həll olunan şəkər kimi ; saatın 60 dəqiqəsi kimi, dəqiqənin 60 saniyəsi kimi və s.
SAAT sözüni ərəbə biz vermişik. 3000 il öncə ulu Şairimiz Şəmsi Ədəd Abidə bu sözə rast gəlinir: Səə əveylim SAATI ikbəyəm mən! — Sənin bu vaveyla saatında bərk qəzəbliyəm (düşmənə) mən! Babalarımız kor-korana yaşamayıblar. Vaxtı biliblər, onu izləyiblər. Saatı ilk icad ediblər. Günəşin, Yerin hərəkət etdiklərini biliblər.
Bir də BİKƏ adlı şairəmizdə ŞƏM sözü işlənib:
Şəmni kirit, Dan atdı inə (yenə). Şabatın xuşi inə, Şəmni kirit!
Dan atdı!..
Bütün dünya qəbul edir ki, dəmirin ilk istifadəçisi Oğuz türkləri olmuşdur. Belə ki, dəmiri ilk icad edən və dəmirçi sənətinin insanlar arasında yayılmasını təmin edən həzrəti Davud(ə) olmuşdur. Bu sənətin bu gün də bizdə və digər türksoylu xalqlarda varlığı Davud(ə) peyğəmbərin türksoylu olmasının dəlilidir. Eyni zamanda Davud(ə) peyğəmbərin gözəl səsi olmuşdur. Ona endirilən «Zabur endirilən ayələri gözəl səsiylə oxuyarmış. Mən hesab edirəm ki, İlahi musiqi olan Muğam, əslində İlahi Məqamdır və «Zabul» segahı «Zabur» kitabıyla və Davud (ə) peyğəmbərlə bağlıdır.
Həzrəti Süleyman(ə) misgərlik və dəmirçilik sənətinin insanlar arasında yayılmasına xidmət göstərib. İraq ərazisində türkmənlərin yaşadığı və tarixən onların olmuş Süleymaniyyə şəhəri heç şübhəsiz Həzrəti Süleyman(ə) peyğəmbərin adını daşıyır. Odur ki, Azərbaycan (Şəki,İsmayıllı və s. rayonlarda bu sənət bu gün də yaşayır) və bütövlükdə türk dünyası bu materiallardan istifadə edərək istər məişət, istərsə də hərbi alətlər düzəldilməsi və döyüşlərdə zirehli geyimlərdən istifadə tarixin danılmaz faktlarındandır. Bunu həm də arxeoloji qazıntılar da təsdiq edir.
«Qurani-Kərim»də haqqında bəhs edilən Həzrəti Loğman Allah tərəfindən ona bəxş edilən xüsusi bir qabiliyyətlə—bitkilərlə müalicə üsulu ilə, xəstələrə şəfa verib və bunu insanlar arasında yayıb. Bitkilərlə müalicənin ta qədimdən bu günə kimi «türkəçarə» adlanması (türksayağı çarə,əlac) Həzrəti Loğmanın da milli mənsubluğunun Azər-Türk soyundan olması şübhə doğurmur.
Digər maraqlı cəhət odur ki, peyğəmbrlərin(ə) bir çoxu qoyunçuluqla məşğul olmuşdur. Qoyunçuluq daha çox türklərə xasdır və Ərəbistan kimi isti yerlərdə qoyun saxlamaq mümkün deyildir.`Heyvandarlıqla məşğul olan türklər isti aylarda yaylaqlara köçdüyündən tərəkəmə, köçəri kimi də tanınmışlar.
Azərbaycan ərazisində yaşayan peyğəmbərlərdən qalan sənətlər ölkəmizdə daha qədim və inkişaf etmiş səviyyədə olmuşdur.
Nuh(ə)-ın oğlu Sam(ə) peyğəmbərliyin davamçısı olaraq indiki Suriya ərazisində yaşamışdır. Mən əminəm ki, ən qədim mədəniyyət mərkəzlərindən sayılan Şam şəhəri elə onun adını daşıyır. Orada yaşayan insanlar qədimdə Nuh(ə) nəslindən olduğuna görə eyni dildə ünsiyyət qurmuşlar. Fərat və Dəclə çayları, eləcə də o ətrafdakı əraziləri qədim Babil adlandırırlar. Mən iddia edirəm ki, bu gün şumer adlanan və tufandan sonra Azərbaycandan Samın başçılığı Dəclə və Fərat çayları arasındakı ərazilərdə məskunlaşan və SAMƏR( Sam insanı), SUMER, ŞUMER kimi tanınmışlar. Nuh(ə) peyğəmbərin Yafəs adlı oğlundan törəyən nəsil Türklər adlanmış və eyni dil qohumluğu olan və Şumerlərlə birlikdə hər ikisi də AZ nəslindən gəlmədir.
Sonralar yaranan xalqlardan biri olaraq, bədəvi ərəblərin Babildən sıxışdırıb çıxardıqları Etrüsklar, Ete Elinə, indiki İtaliyaya köçməli olmuşlar. Bəzi tədqiqatçılara görə Babilan patriarx xalqın məkanı deməkdir. Çünki bu günkü Roma(Vatikan) Papası elə türkcədən Baba sözündən yaranmışdır. Samdan (ə) başlayaraq son peyğəmbər Həzrəti Məhəmmədə(s.ə.s.) qədər peyğəmbərlər fəaliyyət göstərmiş və tək allahlığı təbliğ etmişlər. Tək allahlıq isə hər kəsdən öncə OğAzlara/Oğuzlara aid olduğundan peyğəmbərliyin o soydan olması şübhə doğurmur.
Tarixi mənbələrdəki Kuti imperatorluğunun (e.ə 2200-e.ə 2109) paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da, kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur.
Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (s) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (Turan, 1993, s.22). Bu məlumatın özü də təsdiq edir ki, o zaman sayı çox olan oğuz türkləri islamı könüllü qəbul etmişlər,eyni zamanda hz. Peyğəmbər(s) kökünün türk olduğuna və türklərə daha çox etibar etdiyinə görə onların çadırlarında qalırmış. (Burada bir haşiyə çıxaraq bir məsələyə toxunmaq istərdim. Məlumdur ki, ərəblər qeyri-ərəbləri əcəm adlandırırdılar. Ərəblərin Məhəmməd(s) peyğəmbərin vəfatından sonra ölkədəki türkləri sıxışdıraraq türklərin Məhəmməd(s) peyğəmbərə dəstəyini tarixdən silməyə çalışmışlar. Bundan istifadə edən farslar, əcəm qismində özlərini Əhli-Beyt tərəfdarları kimi təqdim etmişlər. Əslində şiələr, o zaman Ərəbistandan sıxışdırılıaraq çıxarılan oğuz türkləri idi. Bunu hələ də İraqda və Suriyada yaşayan türkmənlərin də şiə olması təsdiq edir. Digər sübüt Əhli-Beyt(ə) və imamların(ə) nəslinin əsasən, Şimali və Cənubi Azərbaycanda (istisna hal kimi Orta Asiyada və Əfqanıstanda) məskunlaşması onların məzarlarının ziyarətgahlara çevrilməsidir. Bəlkə də bu səbəbdən Səfəvilər (Qızılbaşlar) şiəliyi yaymaq niyyətiylə sünni təriqətlərinə, hətta Türkiyəyə da qarşı savaş açmışlar.)
Qiblə məsələsinə gəldikdə islam dinini elan etməzdən əvvəl Məhəmməd peyğəmbər (s.ə.s.) ibadət edərkən üzünü Qüdsə(Beytül-Müqəddəsə) tutarmış. Çünki ondan əvvəlki peyğəmbərlərə—
həzrəti Musaya(ə) və həzrəti İsaya(ə), iman gətirən yəhudilərin və xristianların qibləsi, ibadət yeri ora sayılırdı. Amma yəhudilər müsəlmanların üzü oraya ibadət etməsinə etiraz etdiklərinə
görə sonradan Məkkə qibləyə çevrildi. Buradan belə nəticəyə gəlmək olar ki, Allahın Elçisi harda olubsa ora qiblə sayılıb.
Nuh(ə) peyğəmbərin məzarının Sovet dönəmindəki şəkli
Nuh(ə) peyğəmbərin təmir olunmuş məzarı ziyarətgaha çevrilib
Sonuncu peyğəmbər(s) Məkkədə doğulduğuna görə indi ora müsəlmanlar üçün əbədi qiblədir.
İlk əcdadımızın şərəfini özünə qaytaraq
Bizim əcdadımız Nuh peyğəmbərdirsə, Nuh peyğəmbərin əcdadının da Həzrəti Adam/Adəm olmasını nəzərə alsaq, deməli Nuh peyğəmbərin zamanındakı «Tufan hadisəsi»nə qədərki əcdadlarımız AZOĞ adıyla, «Tufan hadisə»sindən sonrakı əcdadlarımız isə məhv olmuş əcdadlarımızın AZOĞ-ların adlarını yaşatmaq üçün OĞAZ/OĞUZ adını qəbul etmişlər(Əli Vəlioğlu—Vəli Əlioğlu,Fazil Nadiroğlu—Nadir Faziloğlu və s. kimi) .
Ulu əcdadlarımızın hər şeyi öz adıyla çağırmaq və hər adın da öz məna yükünü səciyyələndirməsi baxımından daş yazılarda, toponim-lərdə yaşadıb bizə miras qoyduqları AZ sözü mənasız bir söz ola bilməzdi və babalarımızın istər öz kimliklərini yaşadan, istərsə də yaşadıqları ərazilərə verdikləri adların düzgün açılışında bizim tariximiz yatır. O tarixi öyrənib, ortaya çıxara bilsək, bəlkə özümüzü dərk edərək yüksəlişə keçərik.
Siciliyalı Diador iskitlərdən söz açarkən onların ilk öncə Araz çayı sahilində yaşadıqlarını, buradan Misir, Hindistan və Trakiya tərəflərə yayılaraq bütün bu ərazilərin hakiminə çevrildiklərini yazır. Geneteklərin bəzi Misir fironları üzərində apardıqları genetik araşdırmalar onların R1b haloqrupuna(qıpçaqlar) aid olduqlarını, yəni türk genləri daşıdıqlarını və Misirə Qafqazdan gəldiklərini göstərməkdədir. Maraqlıdır ki, Hindistanın ən yüksək kastalarına mənsub insanlar içərisində də önəmli miqdarda R1a(Oğuzlar) geni tapılıb. Genetika elmi Siciliyalı Diadorun yazdıqlarını təsdiq edir.
Bundan əlavə Norveçli səyyah Tur Heyerdalın araşdırmalarına görə onların əcdadları olan Oserlər elə buradan gəmi ilə oraya gedən Azərlərdir.
11 iqlim tipindən 9-una, yeraltı, yerüstü sərvətlərə, təbii yanar od mənbələrinə malik, bu günə kimi «ADAM» sözünün yaşadığı, Yerin cənnəti olan Azərbaycan ilk insanların vətənidir.Yunanlarıın Antik dövrdəki şairi Esxilin «Zəncirlənmiş Prometey» əsərində Prometeyin
İnaxın qızı İo-ya:»xeyli getdikdən sonra o dağların sultanı Qafqaza yetişərsən, yamyaşıldır hər yanı» misraları Qafqaz adının eramızdan əvvəl də məşhur olduğunu göstərməklə, yanaşı bu adı o dağa verən ulu xalqın olmasını və odun məhz buradan aparıldığını da təsdiqləyir.
AZ-lar əvvəllər piktoqramla (şəkilli yazılarla—Gəmiqaya,Qobustan) daha sonra hərfi yazılarla (Gil yazıları,Mıxı yazıları, Qarqar yazıları, Orxon-Yeniseydəki «Az budun yağı buldu» kimi yazılarla tarixdə iz qoymuşlar.
Bir halda ki, Azərlər və Türklər Həzrəti Nuh(ə) peyğəmbərin nəslindəndirlər, bu faktın özü düşünməyə əsas verir ki, Yer üzünü su basarkən Nuhun (ə) gəmisində xilas olan adamların indiki sivilizasiyanın əsasını qoyduqlarını qəbul edək. Bu da bizim Azərbaycanın payına düşür. Ona görə də onun ən qədim insan məskənlərindən biri olduğunu düşünməyə haqqımız var. Yəni “Dünya suqabarması” çəkildikdən sonra vətənə bağlı olan əcdadlarımızın bir hissəsi öz yurdlarına qayıtmışlar və AZ-ların törəmələri kimi özlərinə OĞAZ/OĞUZ adı verərək tarixdə iz qoymuşlar. Vətənə,yurda bağlılıq bu gün də bizim qanımızdadır.
Türkoloqların tədqiqtlarına əsasən TÜRK/TÜRÜK sözü TİRRİK-DİRRİK olub HƏYAT,YAŞAM mənası daşıyır(bu açıqlamanın doğruluğuna sübut kimi yenə də Nüvədi/Nuhvadi kəndinin sakinlərinin işlətdiyi «Gal al-ala verax, birrik-dirrik eleyax» məsəlini göstərmək olar ki, mənası «gəl əl-ələ verək birlikdə yaşayaq»dır) bu da mənim, Nuhun(ə) gəmisində xilas olanların yeni həyata başlaması fikrilə üst-üstə düşür. Çox güman ki, Naxçıvandan/ Nuhçivandan indiki Türkiyənin Anadolu vilayətinə üztutaraq, məskunlaşan əcdadlarımız daha çox TÜRK adıyla tanınaraq qədim Babilistana qədər yayılmışlar.
İlk insanların vahid dildə danışmasını din və elm təsdiqləyir. Bu səbəbdən də dünyanın bir çox yerlərində tapılan qədim yazılardakı oxşarlıq və sözlərin də bizim dilimizə uyğunluğu olsa da vahid dil barədə dünya alimlərinin hamı tərəfindən qəbul edilmiş ümumi bir rəy yoxdur. Bilsələr belə qısqanclıq hissi imkan verməz ki, onlar həqiqəti desinlər. Əgər AZ-larla baglı böyük coğrafiyanı əhatə edən, hətta ASİYA/ AZİYA/ AZ-UYA qitəsinin belə AZ-larla bağlılğı varsa və babalarımızın qoyduqları toponim, oronim və hidronim və s. adları əski dilimizlə bu günkü dilimizin differensasiya fərqinə baxmayaraq başa düşürüksə, deməli ADAM/ADƏMdən (ə) Nuha(ə) qədərki insanlar AZ OĞ, fərdlərə isə AZAR və AZƏR deyilməklə Az insanı kimi fərqləndirmişlər və dil də AZ AR/AZ ƏR DİLİ olub. Böyük Tufan hadisəsindən sonra xilas olan az sayda insan özlərinə ARAZ/ƏRAZ demişlər Azər adı isə şəxs adlarına çevrilmişdir. Bu ad ən çox bizdə işlənir, bizə məxsusdur. Hz. İbrahim (ə) peyğəmbərin atasının adında da Azər olduğunu qeyd etmişdik. Min illər ötdükdən sonra ƏRAZ xalqı da Türk kimi tanındığına görə Araz adı da şəxsi adlara çevrilmişdir.
İlk insan olan Həzrəti Adamla ondan törəyən insanlar özlərinə ar/ər deyərək Hz. Adamın ayrıcalığını və böyüklüyünü qorumuşlar. Çünki Adamdan olan adam dedikdə həm zat-kök itir, həm də söz və şəxsiyyət ucuzlaşır. AR/ƏR sözünün ikinci mənası isə igid, mərd olması hamıya məlumdur. Odur ki AR/ƏR sözünün iki dəfə təkrarlanaraq deyilməsindən yaranan adların da əcdadlarımızla bağlılığı heç kəsdə şübhə doğurmamalıdır. (Q)AR(Q)AR, ARARAT, AR(A)RAN/ƏRRAN, TƏRTƏR və s., həmçinin babalarımızın hər hansı döyüşə girərkən «ARARLAR/ ƏRƏRLƏR gəlin, ARARLAR/ƏRƏRLƏR vurun» deyimindəki AR/ƏR sözünün iki dəfə səslənməsi İGİD İNSANLAR mənası verdiyindən bu deyimdən yaranan nə varsa əcadlarımızdan miras qalıb (H.Vəli «Nüvədi kitabələri»ndə bundan bəhs edib.) Bu günkü dilimizdəki ərənlər sözü ararlar/ərərlər sözünün sinonimidir, desək yanılmarıq. OĞ AZ-lar Naxçıvan/Nuhçivan, Zəngəzur/ZƏNGAZAR (AZARIN Zəngi boyu), ümimiyyətlə Qərbi Azərbaycan, Cənubi və Şimali Azərbaycanın əvvəlki sərhədləri daxilində — Xəzər dənizi ətrafında məskunlaşmışlar. Xəzər dənizinin şimal və cənub istiqamətlərindən Orta Aziyaya köç edən OĞAZ-lar oradan Altay ətrafı və daha da şərqi ərazilərə səpələnmişlər .
OĞAZ/OĞUZ nəslindən olan Hz.Nuhun(ə) Yasəfdən olan nəvəsi Türkün (tirrik-dirrik sözündən yaranıb—yaşam, həyat mənası verir) törəmələri Anadolu və indiki Türkiyə və Babilə doğru yayılmışlar.
Min illər ərzində eyni soydan olduğumuza görə bizə həm AZAR/AZƏR həm də TÜRK deyilib. Bu günkü AZƏRLƏR və TÜRKLƏR bir atanın övladlarıdır. İki qardaş kimi adları başqadır. Amma ümumi adı AZOĞ, fərdi adı AZAR/AZƏR olub, bu gün AZARLAR/AZƏRLƏR(yeri gəlmişkən HAZARLAR/XƏZƏRLƏR də o soydandır) adlanan bizlərin tarixi bəşər tarixiylə eynidir. Bunu AZIX (AZOĞ) mağarasındakı arxeoloji tədqiqatlar — «Quruçay mədəniyyəti», yuxarıdakı tarixi, dini məlumatlar və toponimlər təsdiq edir. İndi deyin görüm biz ulu babalarımızın bu günə qədər yaşatdığı AZAR/AZƏR adından imtina etməklə acılı-şirinli, lakin qədim tariximizi yadlaramı bağışlayaq. Onsuz da düşmənlərimiz tariximizə sahib çıxmaq üçün belə fürsət axtarırlar. «Keçmişinə güllə atanın gələcəyini topa tutarlar.»
Təəssüf ki, ulu babamız Hz.ADAMIN/ADƏMİN(ə) adının min-min illər ərzində kiçilərək özümüzə yad söz kimi qayıtması tarximizin üzqaraldan məqamlarındandır. Hər şey burdan başlayır. Əgər biz özümüz əvvəlki sözlərimizi dilimizə bərpa etsək, həm tariximizi bərpa etmiş olarıq, həm də
ULU ƏCDADIMIZ HƏZRƏTİ ADAMIN/ADƏMİN(ə) ADINI, ŞƏRƏFİNİ ÖZÜNƏ QAYTARARIQ !