01.07.2025

BAĞIROV DEDİ Kİ, İMKAN VERMƏYƏCƏYİK

Sultan bəy Sultanovun qızı Bəyim xanımın xatirələri…

Gecə hamımızı gətirdilər Bayıl türməsinə. Biz türmədə eşitdik ki, Məmməd Əmin Rəsulzadənin ailəsi də burdadır. Sonra bizə dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə yaxın bizi yük vaqonlarına doldurub Bakıdan çıxartdılar. Hara apardıqlarını bilmirdik. Yağışın, küləyin, günün altında bir aya yaxın yollarda qaldıq. Aclığa, susuzluğa tab gətirməyib ölənləri qatar gedə-gedə hara gəldi atırdılar. Körpə uşaqların vəziyyəti daha ağır idi. Üstümüzdə dayanan silahlılar Azərbaycan uşaqlarına düşmən uşağı kimi baxırdılar. Hər gün gözümüzün qabağında onlarla uşaq ölürdü.

Sürgündə olarkən ən dəhşətlisi o idi ki, azərbaycanlıların məzarları üstündə ad soyad yazmağa icazə vermirdilər. Gələcəyə iz qalmasın deyə…

1948-ci ildə anam icazə ilə Bakıya gəlib, Bağırovun qəbuluna yazılıb onunla görüşür. Ailəmizin Bakıya qayıtması haqqında icazə istəyir. Bağırov anama deyir ki, Sultan bəy nəslinin bir daha Azərbaycan torpağına ayaq qoymağına icazə verilməyəcək. Anam kor-peşman yenə Qazaxıstana qayıtdı. 1956-ci ilə qədər biz sürgündə qaldıq./Difai təşkilatı/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: