AVMVİB nümayəndələri minaya düşən şəhid atasını ziyarət ediblər
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsəd Məmmədov və AVMVİB sədrinin müavini Akif Həsənov şəhid Ruhi Qəhrəmanovun atası Əşrəf Qəhrəmanovu ziyarət ediblər.
Əşrəf Qəhrəmanov və oğlu Orxan Qəhrəmanov 8 oktyabr 2026-cı ildə işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşüblər. Ziyarət zamanı AVMVİB nümayəndələri ailənin vəziyyəti ilə maraqlanıblar.
Elçin Qədirov

.jpg)