KİMSƏN SƏN, RZA XAN?
Kərəm Hətəmoğlu Məmmədli
Baban rus-Qacar müharibələri vaxtı Şimali Azərbaycandan köçüb gəlmiş TÜRK idi və 1848-ci ildə Heratın müdafiəsi zamanı şəhid olmuş, atan Abbasəli xan da Qacar ordusunda xidmət etmişdir. Anan Nuşafərin Ayrımlı da Borçalıdan olan TÜRK qızı idi.
TÜRK olduğun halda nədən yaxınlarınla danışdığın öz doğma dilini şahlıq etdiyin ölkədə bu qədər sıxışdırdın? 1935-ci ildə əcnəbi ölkələrə şahlıq etdiyin məmləkətin İran adlanması barədə xahiş etdin? Həyat yoldaşlarından birinin adı TURAN olduğu halda, niyə TÜRKƏ qənim kəsildin? NİYƏ?
Sənin taleyinə baxanda yadıma bir rəvayət düşür:
«Bir qarğa hər səhər gəlib kilsənin damındakı xaçın üstünü murdarlayıb gedirmiş. Keşiş də xaçı yumaqdan bezibmiş. Axırda keşiş çörəyi araqda isladıb,kilsənin damına səpələyir. Qarğa adəti üzrə səhər tezdən gəlib yenə xaçı murdarlayır. Sonra görür ki, kilsənin damında çoxlu çörək qırıntıları da var. Çörək qırıntılarını yeyən qarğa sərxoş olanda keşiş gəlib qarğanı tutur və qarğanın başını suya soxur ki ayılsın. Keşiş, sərxoş gözləri ilə ona baxan qarğaya deyir : AY YARAMAZ, XRİSTİANSANSA, NİYƏ XAÇI MURDARLAYIRSAN, MÜSƏLMANSANSA, NİYƏ ARAQ İÇİB SƏRXOŞ OLURSAN?»
İNDİ KİMSƏN SƏN, RZA XAN PƏHLƏVİ? KİMMMMM????