18.04.2024

Xətai rayon İcra Hakimiyyəti könüllü qanvermə aksiyasına qoşuldu

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə keçirilən könüllü qanvermə aksiyasına Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri də qoşulublar.

B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: