29.03.2024

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır — AÇIQLAMA

Paytaxtda, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə koronavirusa yoluxma statistikası məlum olub.

Day.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Bakının rayonları üzrə ən yüksək göstərici Yasamalda qeydə alınıb:

Onun sözlərinə görə, yoluxanlar arasında Yasamal 22.43 %, Sabunçu 12.2 %, Nəsimi 11.15 %, Binəqədi 11.37 %, Nizami 5.11 %,Xətai 5.31 %, Nərimanov 6.27 %, Qaradağ 3.02 %, Səbail 2.3%, Suraxanı 5.11 %, Xəzər 4,53 %, Pirallahı 0.93 % təşkil edib. 

Yoluxanların 3.72 %-i Sumqayıt, 5.49 %-i Abşeronun payına düşür.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: