22.11.2024

Azəbaycanda koronavirus bitir — RƏSMİ AÇIQLAMA +VİDEO

Nazirlər Kabineti bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlayacaq. 

Sfera.az  xəbər  verir   ki,bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin «Hədəf” verilişində danışıb. 

O deyib ki, hazırda bununla bağlı iki əsas prinsip məlumdur:

«Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub”. 

İ.Məmmədov qeyd edib ki, bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək.

Mövzu  ilə  bağlı  tam  videonu  təqdim  edirik:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: