22.11.2024

Azərbaycanda koronavirusdan sağalanların sayı yenə yoluxanların sayını üstələyir

Azərbaycanda COVID-19 virusundan daha 2 nəfər ölüb.

Məlumdur ki, onlardan birinin 74 yaşı var və o, ürək çatışmazlığından əziyyət çəkirmiş. İkinci isə 59 yaşında və limfoleykoz xəstəsi olub.

Bununla yanaşı ötən sutka ərzində sağalıb xəstəxanadan çıxanların sayı yeni yoluxanların sayını yenə də üstələyib. Rəsmi məlumata əsasən, 30 yeni yoluxma halı qeydə alınıb və 56 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Beləliklə, hazırda yoluxanların ümumi sayı 1283 nəfərə çatıb, onlardan 15 nəfər ölüb, 460 nəfər sağalıb, 808 nəfərin müalicəsi davam edir.

Statistikaya əsasən, yoluxanlar arasında 50-59 yaşlı insanlar çoxluq təşkil edir. yoluxanlar arasında ən az 70 yaş və daha yuxarı olan insanlardır.

N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: