21.11.2024

Rəsulzadənin həyatda olan yeganə tələbəsi vəfat etdi

Azərbaycan türklərinin daha kompakt yaşadığı, mərd igidlər oylağı Qars elinin ağsaqqalı, Türkiyədə yaşayan soydaşımız, doktor, professor Yəhya Daşdələn vəfat etmişdir.

Dr. Yəhya Daşdələn Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyatda olan yeganə tələbəsi və yardımçısı və  onuhəyatda canlı olaraq görən sonuncu şəxs idi.

O həmçinin 1991-ci ildə «Vətən» Cəmiyyətinin, Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin məsul üzvü olmuşdur.

Azərbaycan sevdalısı Yəhya Daşdələn gün Karşıyaka qəbristanlığında torpağa tapşırılıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Dr. Yəhya Daşdələnin vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: