AVMVİB Zəngilan şöbəsi çağırış etdi
Əziz dostlar! İlk növbədə bütün dostlarımı və yaxınlarımı kompaniyaya dəstək verməyə çağırıram!
Salam, hörmətli dostlar!
Dünya ölkələrində yayılan koronavirusun təsiri ölkəmizdən də yan keçməyib və günü-gündən virusun yayılması vüsət alır . 80 manat müavinət alan veteranlarımızın, qazilərimizin və şəhid ailələrimizin sosial şəraiti karantin rejimi ilə bağlı daha da ağırlaşan ailələrə yardım kompaniyasına start verdik.
Kim kompaniyaya qoşulub yardım etmək istəyirsə, paylaşdığım hesab nömrəsinə pul köçürə bilər.
Zəhmət olmasa yardım etmək istəyən kəslər köçürdüyü məbləğin çekinin şəklini çəkib səhifəmizə göndərsin.
Yardım üçün toplanan vəsaitə alınan ərzaqlar və onların qeyd etdiyimiz ailələlərə çatdırılması səhifəmizdə paylaşılacaq.
Qeyd edim ki, sabahdan AVMVİB Zəngilan rayon şöbəsinin Fəxri üzvü (Adının çəkilməsini istəmir) olan dostum 50 ailəyə yardım edəcək və paylayacayıq, amma müraciət edən çox olduğuna görə sizlərə səslənirəm.
Atalar yaxşı deyib: «Tək əldən səs çıxmaz!»
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri