21.11.2024

Azərbaycan ordusu Ermənistana raket atdı

“Yaşıl rəngdə raket buraxdılar ki, kənd işıqlansın”.

Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndinin düşmən qüvvələri tərəfindən şiddətli atəşə tutulmasına cavab olaraq Azərbaycan ordusu ötən gecə ermənilərin mövqelərinə güclü zərbələr endirib. 

 Virtualaz.org saytı xəbər verir ki, erməni tərəfinin yaydığı informasiyalar da Azərbaycan ordusunun cavab atəşlərinin kifayət qədər intensiv və güclü olduğunu təsdiqləyir.

Ermənistanın Azərbaycanla həmsərhəd Ayqepar kəndinin rəhbəri Andranik Aydınyan “A1+” telekanalına açıqlamasında bildirib ki, iyunun 27-də axşam saat 22:30-da Azərbaycan ordusunun mövqelərindən kəndə tərəf yaşıl rəngdə raket buraxılıb.

“Yaşıl rəngdə raket buraxdılar ki, kənd işıqlansın. Ardınca iriçaplı silahlardan saat 01:30-a qədər aramsız atəş açdılar” — deyə Aydınyan bildirib.

A.Aydınyan deyib ki, atəş nəticəsində kəndin qaz kəməri zədələnib, evlərə xəsarət dəyib. Evlərdən birinin həyətində yanğın başlayıb və onu çətinliklə söndürmək mümkün olub.

Ermənistanın Azərbaycanla sərhəd Movses kəndi də Azərbaycan ordusunun cavab atəşlərinin gücünü hiss edib. Kəndin rəhbəri Arara Avalyan gecə kəndin intensiv atəşə tutulduğun, evlərin şüşələrinin və qapılarının zədələndiyini, bir evdə yanğın olduğunu deyib. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: