22.11.2024

II Dünya müharibəsinin veteranı koronavirusdan sağaldı

II Dünya müharibəsi veteranı, ingiltərəli, 99 yaşlı Albert Çambers koronavirusdan sağalaraq xəstəxanadan evə buraxılıb.

“Report” xəbər verir ki, hadisə İngiltərənin Donkaster şəhərində baş verib.

Bu ilin iyul ayında 100 yaşını qeydə edəcək A.Çambers xəstəxanaya əl sümüyü sındığı üçün yerləşdirilib. Orada onda COVID-19-un simptomları ortaya çıxıb və bundan sonra edilən koronavirus testinin nəticəsi pozitiv çıxıb. Bununla belə, xəstəliyin əsasən qocalar üçün təhlükəli olmasına baxmayaraq, 99 yaşlı veteran koronavirusa qalib gələ bilib.

“Çox sağ olun. Sizin mənim üçün etdiyiniz hər şeyi dəyərləndirirəm. Bundan daha yaxşısı ola da bilməzdi”, — Albert Çambers söyləyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 633 000-i ötüb. Bunların 366 673 nəfəri sağalıb, 99 473 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müharibə illərində gənc əsgər Albert Çambers


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: