Nazir: «Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı»

“Dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən zəif kontingentə yönəlib. Bəzən əmək müqaviləsi ilə işləyənlər də birdəfəlik ödəmə üçün müraciət edirlər».
Veteran.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir bildirib ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur:
“Əgər ailənin hər hansı üzvü dövlətdən hansısas dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik.
Son 2 gündə on minlərlə müraciət emal edilib. Bunların 60 faizi haqqı olmadan birdəfəlik ödəməni almaq istəyən iş yeri,müqaviləsi olan,pensiya alan vəs.şəxslər tərəfindən edilir. Bu sayın çox olması bizim işlərimizi gecikdirir”.