21.11.2024

Ölkənin internetə artan tələbatı təmin ediləcək

«Bu günlərdə əldə edilmiş statistika ölkədə internetdən istifadə edənlərin sayının artdığını göstərir. O cümlədən, ölkədə telefon vasitəsilə internetə qoşulanların və internetdə digər tətbiqlərin istifadəsinin də sayı artıb».

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə belə deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün hazırda ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar videozənglərdən, videokonfranslardan istifadə edənlərin sayı artıb: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetdən istifadə edənlərin sayının artması ilə bağlı provayderlərə xüsusi tapşırıqlar verib. Bununla yanaşı, nazirliyin yanında fəaliyyət göstərən bütün qurumlarda növbəli iş rejimi tətbiq edilir.

İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəsislər onlayn şəkildə mütəmadi fəaliyyət göstərirlər. Bu işləri həyata keçirməkdə məqsədimiz internetin davamlı və dayanıqlı olmasıdır. Biz internetin istifadəsi ilə bağlı artan tələbatı təmin edəcəyik».

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: