Mədət Quliyevdən Prezident İlham Əliyevə MÜRACİƏT
Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev Milli qəhrəmanlar adından Prezident İlham Əliyevə müraciət edib.
Veteran.az xəbər verir ki, M.Quliyevin Milli qəhrəmanlar adından etdiyi müraciətdə deyilir:
Hörmətli cənab Prezident!
Biz — Azərbaycanın Milli Qəhrəmanları pandemiyaya qarşı mübarizə istiqamətində Sizin yürütdüyünüz siyasəti dəstəklədiyimizi, belə bir çətin dönəmdə dövlətimizin yanında olduğumuzu, xalqımızın sağlam və firavan gələcəyi naminə hər cür fədakarlığa hazır olduğumuzu bəyan edirik. Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən yüksək səviyyəli qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə tezlikdə pandemiyanın qarşısının alınacağına və vətəndaşlarımızın əvvəlki gündəlik həyatlarına qayıdacaqlarına bütün qəlbimizlə inanırıq!».