Daha bir veteranımız çağırış etdi: «Evdə qal, yaşa və yaşat!»
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Sadiq Qədirli Ali Baş Komandan cənab İlham Əliyevin «Biz birlikdə güclüyük!» çağrışına qoşularaq, hər kəsi «Evdə Qal!»mağa çağırıb.
Sadiq Qədirli bildirib: «Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib.
Beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırıb. Bizi kimsə özümüzdən çox sevə bilməz. Öz ailəmiz naminə, xalqımız naminə, ölkəmizin gələcəyi naminə irəli sürülmüş karantin şərtlərinə ciddi əməl etməliyik. Biz müharibə veteranı olaraq vəziyyəti daha yaxşı qiymətləndiririk. Bu mübarizədə yeri görünməyən bir düşmənlə üzbəüzük. Vəziyyətdən daha az itkiylə çıxmaq üçün hər kəsə səslənirəm: «Evdə qal! Yaşa və yaşat!»
S. Qədirli bu hamımızın ümummilli işidir. Çünki bizi qarşıda daha qorxunc erməni virusuyla müharibə gözləyir. Biz öncə bu düşməni məğlub etməli və sonrakı mərhələyə hazır olmalıyıq.
Xatırladaq ki, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Sadiq Qədirli 1991-1995-ci illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Veteranlar Birliyində fəal ictimai fəaliyyətlə məşğul olmaqla yanaşı ölkəmizin müdafiə sənayesi sahəsində çalışmaqdadır. O, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında itirilmiş ərazilərin düşmən tapdağından tezliklə azad ediləciyinə inanır və bu yolda daim əmrə hazır olduğunu dəfələrlə bildirib. Həmçinin Azərbaycan Prezidentinin I Vitse prezidenti xanım Mehriban Əliyevanın müharibə iştirakçılarına və şəhid ailələrinə daim qayğı göstərməsini gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə bir töhfə olduğunu deyir.
Bu dəfə isə Azərbaycan xalqına bir keçmiş döyüşçü kimi çağırış edərək; «Evdə qal! Yaşa və yaşat!»
Nurlan Məmmədli