22.11.2024

104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi

ABŞ-ın Oreqon ştatında koronavirusa yoluxan 104 yaşlı kişi sağalıb.

“Oregonlive” xəbər verir ki, Uilyam Lapsçis İkinci Dünya müharibəsi iştirakçısıdır.

Mətbuata müsahibə verən U.Lapsçisin qızı bildirib ki, atası xəstəlikdən tam sağalıb və özünü yaxşı hiss edir.

Qeyd edək ki, son rəqəmlərə əsasən ABŞ-da COVID-19 virusuna yoluxanların sayı 235 mindən yuxarıdır. 5 624 insan pandemiyanın qurbanı olub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: