HAARP silahı necə işləyir? (Sənədli film)
HAARP proqramı ABŞ-ın ən gizli hərbi proqramlarından biridir (HAARP-ingiliscə «High Frequency Active Auroral Research Program» sözlərinin baş hərflərindən ibarət olub azərbaycanca «İonosferin (və ya qütb parıltılarının) Yüksək Tezliklərlə Aktiv Tətqiqi Proqramı» deməkdir). 1993-cü ildə Alyaskada ABŞ-ın Hərbi Hava və Hərbi Dəniz-donanma qüvvələri, Alyaska Universiteti və Ən Yüksək Səviyyəli Müdafiə Tətqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən əsası qoyulan və 2007-ci ildən bütün gücü ilə işləyən 20 metr uzunluqlu 180 antenadan ibarət bu radiostansiya ionosferə yüksək tezlikli radio dalğalar göndərərək atmosferin tətqiqi ilə məşğul olur. Buna görə də bu layihə rəsmi olaraq elmi-tətqiqat proqramı kimi ictimayyətə təqdim olunur. Bu proqramın gerçəkləşməsində 3 Amerika şirkəti — ARCO, Raytheon və E-Sistemləri- önəmli rol oynamış və hələ də oynamaqdadırlar. HAARP texnologiyası sayəsində atmosferdə ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) yaradılır ki bu da hava axınlarının yerdəyişməsinə səbəb olduğu üçün HAARP-ın həm də iqlim silahı kimi istifadə edilməsi iddiaları ortaya çıxır. Bundan başqa HAARP həm də hərbi məqsədlərçün istifadə edilir və hərbi-hava, hərbi-dəniz qüvvələrinə hərbi dəstək göstərməyə xidmət edir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi rəsmi dairələrə əsasən HAARP əslində elmi-tətqiqat layihəsidir və bu proqramın heç bir iqlim silahı ilə əlaqəsi yoxdur, məqsədsə atmosferi və onda gedən prosesləri tətqiq etməkdir. Əlbətdə, rəsmi dairələrin verdikləri məlumatlara əminliklə inanmaq olmaz. ABŞ hərbi qüvvələrinin verdiyi məlumata görə HAARP gələcəkdə aşağıdakı hərbi məqsədləri gerçəkləşdirə biləcək:
-Atmosferdəki termonüvə vasitələrinin elektromaqnetik vuruşlarını dəyişdirmək;
-Sualtı gəmilərlə əlaqə yaratmağı asanlaşdırmaq;
-Radar sistemlərini son dərəcədə inkişaf etdirmək;
-Çox böyük bir bölgədə, ABŞ ordusu xaricində bütün məlumat ötürən kanalların fəaliyyətini dayandırmaq;
-Emass və Cray kompyuterləri ilə ortaq tətqiqatlar aparmaq, torpağın altını çox dərin qatlarına qədər incələmək;
-Geniş ərazilərdə neft, təbii qaz və mineralları axtarıb tapmaq;
-Cruise raketləri kimi hər hansı hücum silahını və təyyarəni elə havadaca neytrallaşdırmaq (məhv etmək).
İndisə bu proqrama qarşı olan ABŞ elm adamlarının fikirləri ilə də tanış olaq. Bir sıra elm adamları bunun çox təhlükəli bir proqram olduğunu bildirirlər. Çünki onlara görə HAARP gələcəkdə elə bir gücə sahib ola bilər ki, bununla o dünyanın tam sahibi ola bilər.
Proqrama qarşı çıxanlardan biri, ölkənin ən nüfuzlu geofiziklərindən olan prof. J.F. MacDonalda görə bu elektromaqnetik texnologiya aşağıdakılara səbəb ola bilər:
-İqlimi dəyişdirmək;
-Qütbləri əridə bilir və ya yerindən oynada bilir;
-Ozon təbəqəsinə güclü təsir göstərə bilir;
-Zəlzələ yarada bilir;
-Okean dalğalarını idarə edə bilir;
-Dünyanın enerji mənbələri ilə «oynayaraq» insan beynini nəzarət altına ala bilir;
-Radiyasiya yaymayan termonüvə partlayışı həyata keçirə bilir.
J.F. MacDonalda görə bu elektromaqnetik texnologiya aşağıdakılara səbəb ola bilər:
-İqlimi dəyişdirmək;
-Qütbləri əridə bilir və ya yerindən oynada bilir;
-Ozon təbəqəsinə güclü təsir göstərə bilir;
-Zəlzələ yarada bilir;
-Okean dalğalarını idarə edə bilir;
-Dünyanın enerji mənbələri ilə «oynayaraq» insan beynini nəzarət altına ala bilir;
-Radiyasiya yaymayan termonüvə partlayışı həyata keçirə bilir.