Bağanıs Ayrım faciəsindən 30 il ötdü…
Bağanıs Ayrım faciəsindən 30 il ötür.
Qazaxın bu qədim kəndi erməni silahlı birləşmələri tərəfindən 1990- cı ilin martın 23 — dən 24-nə kecən gecə Sovet ordusunun dəstəyi ilə yandırılıb, insanlar diri -diri ot tayalarına atılıb.
Bir ailə qətlə yetirilib, 7 nəfər insanlığa sığmayan işgəncələrə məruz qalıb, ümümilikdə hücüm zamanı bir necə saat ərzində 11 nəfər öldürülüb.
Diri -diri ocağa atılan insanların böyüyü 75 yaşında, kiciyi isə 39 günlük körpə olub.
17 ev oda verilib, 11 ev qarət edilib. Faciəni törədən 18 erməni barəsində cinayət işi açılıb , interpola axtarışa verilib.
Tural İrfan (Fb)
P.S. Yazıçı Tural İrfan aidiyyəti dövlət qurumlarına təklif irəli sürərək törədilmiş bu faciənin xatirəsini əbədiləşdirmək üçün Qazax şəhərində, həmin faciə qurbanlarının, xüsusən 39 günlük körpənin xatirəsinə abidə ucaldılmasını təklif edib. Təklifə hələ də müsbət cavab verilməyib.
Müəlliflə əlaqə saxlamağa çalışsaq da o, şəhidlərə rəhmət diləyərək təəssüflə hələ də abidənin qoyulmamasından gileyləndi. Qeyd edək ki, Qazax rayonunun 7 kəndi hələ də erməni işğalındadır.