Tərtərdə qəbristanlıqdan gələn məşum səs nə idi? — VİDEO
Veteran.az xəbər verir ki, saytın facebook ünvanına maraqlı bir videoçarx göndərilib. Videonu göndərən şəxs iddia edir ki, onlar Tərtərin Əskipara kəndi yaxınlığında gecə vaxtı avtomobil ilə hərəkət edərkən maşının benzini bitidyi üçün qəbirstanlığın kənarında saxlamağa məcbur olmuşlar.
Maşından enərkən meşədən qorxunc və tükürpədici səslər gəlməyə başlamışdır. Sanki kimsə fəryad qopararaq yardım çağırır. Lakin videonu çəkənlər ehtiyat edərək qəbirstanlığın dərinliyinə getməmiş, maşına benzin vurduqdan sonra yollarına davam etmişlər.
Veteran.az saytı öz növbəsində diqqətə çatdırır ki, bu cür səslər vəhşi təbiətin bir paçrasıdır, burada izaholunmaz və qorxulu heç bir səbəb yoxdur.
Məlumdur ki, hazırkı mövsum heyvanat aləminin cütləşmə dövrünə təsadüf edir. Bu cür səslər isə cütləşmə dövründə bir-biri ilə mübarizə aparan vaşaq və yaxud bu qəbildən olan bir vəhşi heyvanın səsi ola bilər.
İnternet resurslarında vaşaqların bu cür səsləri yetərincədir.
N. Məmmədli