Daha bir erməni vəhşiliyi
BDU, Tarix fakültəsi Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük Elmi İşçisi İsmayıl Tanrıverdi sosial şəbəkədə maraqlı bir paylaşım edib: «Bu da bir erməni vəhşiliyidir.
Görün ermənilər MALI NECƏ İŞGƏNCƏ İLƏ KƏSİRLƏR, ay CAMAAT? Ağılları DONUZA gedib. 5-6 erməni bir malı kəsə bilmir. Balta ilə vurub sonra kəsirlər.
Bu mürdarlar bunun ətini necə yeyəcəklər?
P.S. Mən BAXDIM, amma ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
Xatırladaq ki, Jamnews saytı Ermənistanda qüvvəyə minən «Qəssabxanalar haqqında» qanundan bəhs edən yazı dərc edib. Yazıda deyilir: «Yanvarın 15-də Ermənistanda malın yalnız lisenziyalı qəssabxanalarda kəsilməsi tələbi qüvvəyə mindi. Bütün bu müddət ərzində “qəssabxanalar haqda” qanuna qarşı mitinqlər keçirilirdi.
Malın xüsusi qəssabxanalarda kəsilməsi tələbi iyulun 1-ə qədər təxirə salınıb – hökumətin qərarından narazı qalan fermerlərin, qəssabların və heyvandarların təzyiqi ilə. Etirazçılar həmçinin bildiriblər ki, bu qanun onlar üçün əlavə çətinliklər yaradır. Fermerlər hətta malın təcili daşınmasını necə təşkil edəcəklərini və haraya təhvil verəcəklərini belə bilmirlər. Ekspertlər hesab edirlər ki, bu səbəbdən ətin qiyməti təxminən 10 faiz bahalaşa bilər.
Hökumət iyulun 1-də qədər qanunun icra olunması üçün lazımı şərait yaratmaq, o cümlədən də malın daşınması məqsədilə avadanlıq və maşın alınması üçün güzəştli kreditlər təqdim etmək niyyətindədir. Həmçinin kiçik daşınan qəssabxana furqonlarının yaradılması imkanı da müzakirə olunur. Bu yolla stasionar qəssabxananın mövcud olması üçün kifayət qədər malın olmadığı yaşayış məntəqələrinə xidmət göstərmək mümkün ola bilər.