07.11.2025

Fransa silah satdı, Ermənistan sevindi… Azərbaycan isə gülümsədi

“Qardaş, bura Qafqazdır – burda ‘müqavimət’ deyil, ‘Mübariz’ qalır!”

Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274 milyon avro dəyərində “böyük silah kontraktı” bağlayıb. Fransanın Müdafiə Nazirliyi parlamentə qürurla hesabat verib: “Biz Ermənistanın müdafiəsinə töhfə veririk!” Yaxşı da, “töhfə” deyəndə yəqin ki, “müharibə muzeyinə bilet” nəzərdə tutulub.

Çünki rəsmi rəqəmlər göstərir ki, Azərbaycan 2024-cü ildə “Müdafiə və milli təhlükəsizlik” üçün 6 milyard 562 milyon manat (təxminən 4 milyard dollar) xərcləyib. Ermənistan isə eyni dövrdə cəmi 549 025 milyon dram, yəni 2 milyard 360 milyon manat ayırıb. Sadə dillə desək: Ermənistanın büdcəsi bizim ordunun bir təlimdə yandırdığı yanacaq qədərdir.

Fransa nə qədər “dəstək” versə də, bu fərq “dəmir yumruq”la “balon yumruq” arasındakı kimidir. Analitiklər deyir ki, Ermənistan müdafiəsini “diversifikasiya edir.” Azərbaycan isə cavab verir: “Biz artıq diversifikasiya yox, dominasiyadayıq.”

💪 Bəzi müşahidəçilər iddia edir ki, Fransa bu müqavilədən sonra Ermənistana “yeni sistemlər” göndərəcək. Bəli, yeni sistemlər: “qaçış sistemi”, “sığınacaq modulu”, “Unitaz oğurlayan ‘ordu’ modern silah alırmış” və “sülh təlimatı 101”.

Siyasi ekspertlər isə xəbərdarlıq edir: — “Əgər Ermənistan bu templə ‘silahlanmağa’ davam etsə, tezliklə Azərbaycan əsgərləri üçün məşq hədəfi tapmaq çətinləşəcək.” Nəticə aydındır: Fransa silah satdı, Ermənistan sevinib “selfi” çəkdi, Azərbaycan isə sakitcə dronunu səmaya qaldırıb dedi: — “Bizdə selfi yoxdu, nəticə var.” Yaşasın Azərbaycan Ordusu! Yaşasın müzəffər Ali Baş Komandan İlham Əliyev! Onun siyasi xəttini dəstəkləyən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB), başda Füzuli Rzaquliyev olmaqla, 93 min qazimizə dərin minnətdarlığımızı bildiririk.

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: