Prezident İlham Əliyev Şərqi Zəngəzurda olub
Bu gün, 28 oktyabr 2025-ci il tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı Cəbrayıl rayonunun Horovlu kəndində və Zəngilan rayonunun Məmmədbəyli qəsəbəsində sakinlərə fərdi yaşayış evlərinin açarlarını təqdim edib. Sevindirici məqamlardan biri odur ki, yeni mənzil alanlar arasında AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini, qazi Zakif Abbasov və onun qardaşı İldırım Abbasov da var. Cənab Prezident mərasimlərdə sakinlərlə bir-bir səmimi görüşüb, söhbət edib, onların qayğı və təkliflərini dinləyib. Gərgin proqram və çoxsaylı tədbirlərə baxmayaraq, dövlət başçısı yüksək əhval-ruhiyyə ilə çıxış edərək məsləhətlərini bölüşüb, yenidənqurma və böyük qayıdış prosesinin ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb. Yeni mənzillə təmin olunan Şərqi Zəngəzur sakinlərini təbrik edir, onlara firavan həyat arzulayıram.
AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev

