17.10.2025

Millət vəkili Sahib Alıyev Ağdaş şəhərində müharibə veteranları ilə görüş keçirib

Bu gün millət vəkili Sahib Alıyev Ağdaş şəhərində yerləşən inzibatı otağında seçicilərlə növbəti görüşünü keçirib. Görüş çərçivəsində xüsusilə müharibə veteranları və gənc qazilərlə geniş müzakirələr aparılıb.

Görüşdə vətəndaşlar deputata onları narahat edən sosial məsələlərlə bağlı suallar ünvanlayıb, həmçinin problemlərinin həlli istiqamətində dəstək gözləntilərini ifadə ediblər. Millət vəkili Sahib Alıyev müraciətləri diqqətlə dinləyərək, mövcud problemlərin həlli üçün aidiyyəti qurumlarla müvafiq işlərin görüləcəyini bildirib. O, xüsusilə müharibə veteranları və qazilərin rifahının dövlət siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb.

Deputatın Ağdaş seçiciləri ilə mütəmadi görüşlər keçirdiyi və onların problemlərinin həlli istiqamətində fəal şəkildə çalışdığı qeyd edilib. Görüşdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, həmçinin şöbənin üzvləri millət vəkilinə diqqət və qayğı üçün təşəkkürlərini ifadə etmişlər.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2025-10-08-at-16-08-48-1
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: