27.08.2025

AVMVİb üzvləri tədbirdə iştirak etmişlər

26 avqust 2025-ci il tarixində Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialında yaddaşlara həkk olunacaq bir tədbir baş tutdu. Bu görüş həm ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günü, həm də qəhrəman Azərbaycan Ordusunun zəfər tarixinə qızıl hərflərlə yazılan Laçın və Laçınətrafı kəndlərin azad olunması münasibətilə təşkil olunmuşdu.

Tədbiri filialın müdiri Novruzova Kamilə açaraq qonaqları salamladı. Tədbirə toplaşanlar sırasında AVMVİB-in Sabunçu rayonunun Maştağa qəsəbəsi üzrə üzvləri, Maştağa tarixçisi, söz sənətinin incə ruhlu şairələri, qələm sahibləri, muğam ustaları, igid qazilər, müxtəlif veteran təşkilatlarının nümayəndələri, eləcə də Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova var idi.

Bu tədbir təkcə bir yubiley və bir qələbənin yad edilməsi deyil, həm də milli birliyin, ruh yüksəkliyinin, mədəniyyət və tariximizin vəhdətinin təntənəsi oldu. Burada səslənən hər söz, ifa olunan hər muğam, söylənən hər şeir və xatirə Vətən sevgisinin, şəhidlərimizin müqəddəs ruhuna olan ehtiramın, qalib xalqımızın sarsılmaz iradəsinin təcəssümü kimi yaddaşlarda iz qoydu.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-08-26-at-21-23-56

Whats-App-Image-2025-08-26-at-21-23-57

Whats-App-Image-2025-08-26-at-21-23-57-1

Whats-App-Image-2025-08-26-at-21-23-58

Whats-App-Image-2025-08-26-at-21-23-58-1

Whats-App-Image-2025-08-26-at-21-23-58-2

Whats-App-Image-2025-08-26-at-21-23-59

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: